Tanınmış aparıcının evindən küllü miqdarda pul OĞURLANDI

Tanınmış aparıcının evindən küllü miqdarda pul OĞURLANDITanınmış aparıcı Sona Rəsulovanın başına iş gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə məlumat verən aparıcı bildirib ki, anasına qulluq edən xəstə baxıcısı qadın evdən küllü miqdarda pul və zinət əşyası oğurlayıb.
"Artıq çoxunuz bilirsiz ki, 5 fevral tarixində anam insult keçirib. 23 fevral tarixinə kimi xəstəxanada idik, daha sonra müalicəni evdə davam edirik. 2 mart tarixində evimizə özünü xəstə baxıcısı Günay kimi təqdim edən qadın gəldi. Onunla yataq xəstəsinə baxmağa görə 1000 manata razılaşdıq. Bir ay sınaq müddəti başladı. 3 qızına çox cehiz verdiyi üçün borcunun olduğundan maaşına bir neçə gün qalmış əmək haqqının yarısı ödəməmi istədi. Mən də razılaşdım".
Anasına baxan qadının bir çox bəhanələrlə tez-tez getdiyini ifadə edən aparıcı deyir ki, elə bu müddətlərdə evdən bir neçə dəyərli əşyanın itdiyini hiss edib.
"Onun işlədiyi vaxt ərzində evdə əşyalar itirdi. Mən də stressli vəziyyəti nəzərə alıb, sonra taparam deyirdim. Məsələn, anamın qızıl üzüyünü və bahalı ətrimi tapa bilmirdim. Daha sonra evdən pulların azaldığını hiss etməyə başladım. Bunu yoxlamaq üçün eyni yerə qoymaq şərti ilə az pul saxladım. Hər gün pulların sayını qeyd edirdim, beləcə 100-150 dollar azaldığını aşkar etdim. Növbəti dəfə bu qadını evdə tək qoyduqdan sonra gəldim gördüm ki, yenə pullar azalmağa başlayıb. Anama baxan qadın da üç-beş gün ərzində evdən çıxmamışdı".
Pulların evindəki qadın tərəfindən götürüldüyünə əmin olan Sona Rəsulova hadisə ilə bağlı 102 polis xidmətinə müraciət edib.
"Gecə saat 00:00 keçmişdi onu yanıma çağırdım. Ona itən pulları, əşyaları götürdüyünü bildirdim. Nə isə pulu cibindən safetkaya bükülmüş halda çıxardı. "Ehtiyacım var idi" dedi. "Bəs pulun yerini haradan bilirdin?" soruşanda isə "Mən evdə hər yeri axtarırdım" cavabı verdi. Gecə əlini Qurani-Kərimə basıb başqa heç nə götürmədiyini bildirdi. Ümumilikdə evimizdən 2400 dollar, 500 manat pul, bir qızıl üzük və bahalı ətir oğurlamışdı. Qadın gedəndən bir neçə gün sonra anamın səhəti daha da yaxşılaşır. Deməli o anama nəsə əlavə iynə vurub ki, onun oğurluğuna mane olmasın. Hadisə ilə bağlı polisə müraciət etdim. Dərhal əməliyyat qrupu yaradıldı və bu qadın polislər tərəfindən saxlanıldı. Dindirilən zaman əvvəlcə hər şeyi inkar etdi, daha sonra evdən oğurladığı üzüyü hansısa Lombarda satdığını bildirdi. Üzük tapılıb və hazırda Cinayət işi başlanılıb. Ümid edirəm oğurladığı pullarımız da tezliklə qayıdar və cinayətkar cəzasını alar".//Metbuat.az

Hadisə       Tarix: 10 may 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun novruz bayramı xeber az maşın realiti şou