Tanınmış legionerin oğlu millimizə cəlb olundu
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət (U-21) millisinin heyətinə yeni oyunçu cəlb olunub. Komandamız mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin Isparta şəhərində təlim-məşq toplanışında olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Verilən məlumata görə, Belçikanın "Sent-Truiden" klubunun yarımmüdafiəçisi Mustafa Kamara U-21 millisinin düşərgəsinə dəvət alıb. 18 yaşlı sol cinah yarımmüdafiəçisi geridə qalan 2025/2026-cı illər mövsümündə "Sent-Truiden"in U-18 komandasının heyətində ümumilikdə 19 oyunda meydana çıxıb və 2 qola imza atıb.
U-21 millimiz Türkiyədəki hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq görüşü keçirəcək. Futbolçularımız iyunun 6-da Bəhreyn, iyunun 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət yığma komandaları ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, Mustafa Kamara vaxtilə Azərbaycanda çıxış etmiş tanınmış legionerin övladıdır. O, 2007-2012-ci illərdə "Qəbələ" klubunun formasını geyinmiş Abdulkader Kamaranın oğludur. Mustafa 2008-ci il martın 3-də Azərbaycanda anadan olub.oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA