Tanınmış mütəxəssislər polşalı FIFA referisinin iddiasına cavab verdi

Tanınmış mütəxəssislər polşalı FIFA referisinin iddiasına cavab verdiPolşalı FIFA referisi Şimon Martsinyak "Lex"in Bakıda "Qarabağ"a 1:5 hesabı ilə uduzduğu UEFA Çempionlarn Liqasının I təsnifat mərhələsinin cavab oyunundakı hakim qərarlarını şərh edib.
KONKRET.az-ın məlumatına görə, 41 yaşlı ədalət təmsilçisi özünün instaqram səhifəsində "köhlən atlar"ın 2 qolunun qaydalar çərçivəsində vurulmadığını yazıb.
Martsinyakın sözlərinə görə, VAR sistemi olsaydı, həmin qollar qeydə alınmazdı. Videotəkrar isə yalnız III təsnifat mərhələsində olacaq.
Ümumittifaq dərəcəli keçmiş referi, AFFA Veteranlar ittifaqının sədr müavini Rüstəm Rəhimov "Report"a açıqlamasında "köhlən atlar"ın 3-cü qolunun bir qədər şübhəli olduğunu etiraf edib: "Orada yan xətt hakimi yaxşı mövqedə dayanıb. Biz ya ekrandan və ya da tribunadan baxırıq. Polşalı hakim Şimon Marçinyak da matçı televiziyadan izləyib".
Abbas Hüseynovun vurduğu 5-ci qola gəlincə, Rəhimovun fikrincə, sonuncu zərbə anında oyundankənar vəziyyət olmayıb: "Bu, təmiz qol idi. Amma Kevin Medinanın fərqləndiyi 3-cü qol epizodunu yalnız yan xətt hakimi daha dəqiq görə bilər. Top havada olarkən, Medina oyundankənar vəziyyətdə idi. Lakin topun ayaqdan çıxdığı ana baxmaq lazımdır. Bu epizodu referinin öhdəsinə buraxırıq. O da bayrağını qaldırmadı. Məncə, zərbə anında da Medinanın mövqeyi düzgün idi və ofsayd yox idi".
Rəhimov görüşdəki hakim səhvlərinin nəticəyə təsir etmədiyini sözlərinə əlavə edib: "Qarabağ" 5:1 hesablı qələbə qazanıb. Lap tutaq ki, bunlardan biri oyundankənar vəziyyətdən vurulub. Komandanın avrokuboklarda hansı haqsızlıqlarla üzləşməsi hamıya bəllidir. Məncə, qolların 5-i də təmizdir. Sadəcə, Medinanın qolunda bir az şübhə yaranmışdı. Amma top ayaqdan çıxanda oyundankənar vəziyyət yox idi".
Onun fikrincə, "Qarabağ" yavaş-yavaş formaya düşsə, Çempionlar Liqasında öz süzünü deyə biləcək: "Qarabağ"ın qələbəsi məndə çox yaxşı təsir bağışladı. Oyunun 1-ci dəqiqəsində qol buraxmağımıza baxmayaraq, komanda ruhdan düşmədi və sonadək mübarizə apardı, layiqli qələbə qazandı. "Qarabağ" çox gözəl oyun nümayiş etdirdi. Müdafiənin mərkəzində bir az səhvlər var idi. Bunlarda zamala düzələcək. Nəzərə alaq ki, "Lex" elə-belə komanda deyil, Polşa çempionudur".
Veteran futbolçu Samir Əliyev oyunlarda mübahisəli epizodların hər zaman olduğunu vurğulayıb: "Mən keçmişə qayıtmaq istəmirəm. Dünyanın ən güclü hakimləri belə səhv edir, hətta VAR-da belə səhvlər olur. "Qarabağ"a qarşı olan haqsızlıqlardan da danışmaq lazımdır. Hakimlər də insandır. Artıq futbol çox sürətlidir. Bir müddət səhvləri azaltmaq üçün qapıların arxasına da hakimlər qoyurdular. Səhvlər həmişə var, olub və olacaq. "Qarabağ" səhvlərə görə mərhələ adlamadı. Polşada və Bakıda rəqibindən iki dəfə üstün futbol oynadı".
43 yaşlı keçmiş hücumçu Samir Əliyev "köhlən atlar"ın ilk oyunundan sonra məyus olduğunu söyləyib: "Məyusluğun səbəbi komandanın sərgilədiyi oyun deyildi. Ölkə çempionu səfərdə də layiqli oyun göstərmişdi. Sadəcə, hücumda bir az dişsizlik var idi. Rəqib səhvsiz və kompakt çıxış edirdi. Məni məyus edən "Qarabağ"ın çox tənqid olunması idi. Hücumçunun yoxluğunu və Patrik Andradenin olmamasını qabardırdılar. Amma dünənki oyun göstərdi ki, heç hücumçuya da ehtiyac yoxdur. Polşa çempionuna 5 qol vurursansa, deməli sənin bütün işlərin qaydasındadır. Hər il avrokubokların qrupunda çıxış etmək, stadionu doldurmaq böyük işdir. Mən "Qarabağ"ın qələbəsinə inanırdım. Futbol mütəxəssisləri ilə söhbətimizdə bildirmişdim ki, komanda rahatlıqla mərhələ keçəcək. Dünən heç Patrik Andradeni yada salan olmadı, heç kim hücumçu məsələsini qabartmadı".

İdman       Tarix: 13 iyul 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xeberler bugun 2026 bu gunun xeberleri haqqinda melumat dunya xeberleri