Tanınmış pediatr qızılca ilə bağlı hər şeyi açıqladı: Peyvəndi bu vaxt vurdurun

Tanınmış pediatr qızılca ilə bağlı hər şeyi açıqladı: Peyvəndi bu vaxt vurdurunYoluxucu virus infeksiyası olan qızılca, xüsusilə uşaqlar arasında ciddi sağlamlıq riski yaradır. Qızılca virusunun səbəb olduğu yüksək hərarət, xarakterik qırmızı səpgi, öskürək və burun axması da daxil olmaqla bir sıra simptomlarla özünü göstərir.
Bu ilin aprelindən bəri ölkədə 300-ə yaxın qızılcaya yoluxma hadisəsi qeydə alınıb.
Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır. 
Mövzu ilə bağlı azxeber.com-a danışan pediatr Əli Quliyev peyvəndlərin vurulmasının çox vacib olduğunu bildirib:
"Qızılca xəstəliyi gözlənilən bir şeydir. Çünki, insanlarımızın peyvənddən uzaq qalması, peyvənd vurdurmaq istəməməsi, pandemiyadan sonra, xüsusən də pandemiya dövründə insanların peyvəndləri vurdurmaması nəticədə peyvəndlənmədə axsamalara səbəb olub. İndi isə valideynlərin uşaqları qızılca peyvəndlərindən uzaq tutması xəstəliyin yayılmasına səbəb olur. Qızılca bulaşıcı xəstəlikdir. Bir otaqda 20 nəfəriksə, bir qızılcaya yoluxmuş xəstə otağa daxil olarsa, bütün insanlara yoluxdura bilər. Qızılca xəstəliyində təəssüf ki, öncədən heç bir simptom özünü göstərmir. Qızılca xəstəliyi qrip kimi başlayır, valideynlər çox vaxt bunu adi qrip kimi qiymətləndirərək uşaqları məktəblərə göndərirlər. Əgər uşağın səpkiləri çoxalırsa, artıq onun izolyasiya olunması bir əhəmiyyət kəsb etmir, çünki səpkiyə qədər ətrafındakıları yoluxdura bilir. Bu baxımdan bütün uşaqların peyvənd olunması son dərəcə vacibdir".
Pediatr peyvəndin hansı yaşlarda vurulmasına da münasibət bildirib:
"Qızılca peyvəndi 2 dozada vurulur, biri 1 yaşda, digəri isə 4-6 yaş arası vurulur. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu 95%-dir. İkinci doza peyvəndinin mütləq 4-6 yaş arası vurulması vacib deyil, əgər xəstəlik kütləvi yayılırsa, daha erkən də vurmaq olar. İlk peyvənddən 4 həftə keçibsə, ikinci peyvəndi vurmaq olar. Qızılca peyvəndinin yaş limiti yoxdur. Peyvəndlə yanaşı uşaqların qorunması da son dərəcə vacibdir. 6 aydan əvvəl uşaqlara peyvənd vurulmur. Əgər qızılca kütləvi hal alıbsa, 6 aydan sonra, yəni 1 yaşı gözləmədən peyvənd vurdurmaq olar. Hamilə qadınlara peyvəndin vurulması düzgün deyil. Təsadüfən hamilə qadınlara peyvənd vurulsa da, çox vaxt əks-gəstəriş verməyib, amma ümumilikdə götürsək, tibbi cəhətdən bu qadağandır".
"Qızılca vaxtı uşaqları çimizdirmək olar?" sualına Əli Quliyev belə cavab verib:
"Tibbdə heç bir xəstəliyin çimməklə əlaqəsi yoxdur. Bəzi insanlar otağı isti edir, hər yeri bağlayır, ətrafındakı bütün əşyaların qırmızı olmasına üstünlük verir. Qızılcada düzgün bəslənmək şərtdir və su normal temperaturda olarsa, uşaqları çimizdirmək olar. Bəzi valideynlər uşaqlarına poliklinikalarda peyvənd vurulmasını doğru hesab etmir. Peyvəndlərin özəl xəstəxanalarda vurulmasına üstünlük verirlər. Amma tam məsuliyyətimlə deyə bilərəm ki, bu peyvəndlərin heç bir fərqi yoxdur".
Ayşən

Sosial       Tarix: 06 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler son xeber cəbhədən son xəbər dunya xeberleri