Tanınmış QHT rəhbəri yeni vəzifəyə seçildi
Yanvarın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitə yanında İctimai Şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.
azxeber.com xəbər verir ki, komitə sədri DQİDK yanında İctimai Şuraya seçilmiş üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Mübariz Qurbanlı "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun qəbul olunmasının və qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rolun əhəmiyyətindən danışıb. Eyni zamanda, Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini vurğulayıb. Komitə sədri DQİDK-nın fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, qurum ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, dövlət siyasətinin formalaşması və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması istiqamətlərində uğurlu fəaliyyətin təmin ediləcəyinə əminliyini ifadə edib.
Daha sonra İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. İctimai Şuranın təşkilati məsələləri ilə bağlı rəy və təkliflər səsləndirilib. İctimai Şuraya üzvlər arasından səs çoxluğu ilə "Zəfər" şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə sədr, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı sədr müavini, "Gənc Diplomatların Peşəkarlığının İnkişafına dəstək" İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova isə katib seçilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR