Tatevik Ayrapetyan: "Nikolun təbliğatının ölkə xaricində heç bir dəyəri yoxdur"
"Jozef Borrell sübut etdi ki, Paşinyanın tezisləri yalandır və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan indiki hakimiyyətdir"
KONKRET.az xəbər verir ki, bu fikirləri Azərbaycanşünas alim Tatevik Ayrapetyan "Alpha News"a müsahibəsində bildirib.
O daha sonra vurğulayıb: "İlk dəfə Josef Borrell qeyd etdi ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan indiki hökumətdir. Təbii ki, Josef Borrell bunu alqışlayır, çünki tanınma hər kəsin işini asanlaşdırır. Bunun müqabilində isə həmin qərar Qarabağda yaşayan soydaşlarımızın həyatını və Ermənistan dövlətçiliyini təhlükə altına alır".
"Nikol Paşinyanın istinad etməyi sevdiyi eyni Madrid prinsipləri Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnu açıq şəkildə təsbit edib. Əgər Azərbaycan bununla razılaşsaydı, o zaman Qarabağ müstəqillik qazanardı. Bu, bir faktdır. Və orada yazılanları bütün beynəlxalq tərəfdaşlar bilir. Qalan hər şey Nikol Paşinyanın təbliğatıdır ki, o da yalnız Ermənistan daxilində işləyir və ölkə xaricində heç bir dəyəri yoxdur", – deyə azərbaycanlı alim fikrini yekunlaşdırıb.
Sevinc Paşayeva,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi