Tayson növbəti döyüşünün vaxtını açıqladı
Amerikalı boksçu, keçmiş dünya çempionu Mayk Tayson növbəti dəfə nə vaxt rinqə çıxacağı vaxtı açıqlayıb.
Publika.az Rusiya KİV-ə istinadla xəbər verir ki, 54 yaşlı idmançı cari ilin may ayının 29-u və 31-də döyüşəcəyini deyib. Lakin Tayson rəqibinin məhz kim olacağını bildirməyib.
Xatırladaq ki, digər amerikalı peşəkar boksçu Evander Holifildin agentləri cari ilin yanvarın 10-da Mayk Taysona qarşı döyüşü barədə danışıqlar aparırlar. O həmçinin gərgin məşq etdiyini və keçmiş rəqibi ilə mümkün döyüşə hazırlaşdığını vurğulayıb.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 29-da Tayson 15 illik fasilədən sonra rinqə çıxaraq bala Roy Consona qarşı döyüş keçirib. Heç-heçə nəticələnən qarşılaşmadan sonra Tayson yenidən döyüşməyə hazır olduğunu təsdiqləyib.
Xatırladaq ki, əfsanəvi boksçu Mayk Tayson 2005-ci ildən bəri döyüş keçirmirdi. İdmançı karyerası ərzində keçirdiyi 58 döyüşün 50-sində qələbə qazanıb.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb