Tayvan Müdafiə Nazirliyi: "Çinə məxsus 49 döyüş təyyarəsi sərhəd xəttini keçdi"
Hərbi təlimlərin ikinci günündə 49 Çin döyüş təyyarəsi faktiki dəniz və hava xəttini müəyyən edən "orta xətt"i keçib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama yayıb:
"Avqustun 5-də 24 "SU-30", 7 "J-10", 6 "J-11" və 10 "J-16" döyüş təyyarəsi, 1 "Y-8 EW" dəniz nəqliyyat və 1 ədəd "Y-8ASW" dəniz patrul təyyarəsi sərhəd xəttini keçib. Təyyarələrə radio ilə xəbərdarlıq edilib".
Nazirlik əvvəlki açıqlamasında bildirib ki, təlimlərin ikinci günündə adanın ətrafında 68 döyüş təyyarəsi və 13 döyüş gəmisi görünüb, onlardan bəziləri "orta xətti"i keçib.
Avqustun 7-dək davam edəcəyi gözlənilən təlimlər Çinin suverenlik münaqişəsində olduğu adanın ətrafında faktiki blokada yaradıb.
Qeyd edək ki, hər iki ölkə tərəfindən rəsmi olaraq tanınmayan "orta xətt" 1955-ci ildə Çində baş verən vətəndaş müharibəsindən sonra boğazda və ətrafında münaqişələrin qarşısını almaq üçün ABŞ tərəfindən müəyyən edilib.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti