TƏBİB rəsmisi bıçaqlanan əməkdaşı barədə danışdı
Xəbər verdiyimiz kimi, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva ailə-məişət zorakılığına məruz qalaraq müxtəlif bədən xəsarətləri alıb.
KONKRET.az xəbər verir ki, TƏBİB-in departament rəhbəri Zamirə Ədilova hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib:
"Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq müxtəlif bədən xəsarətləri alıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub".
Z. Ədilovanın sözlərinə görə, Lamiyə Qanbayeva təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
"İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə o, bu sınaqdan da güclü çıxacaq, tezliklə sağalaraq yenidən aramıza dönəcək. Allah şəfa versin!" – deyə TƏBİB rəsmisi əlavə edib.
Dəniz Pənahova
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq