TƏCİLİ: Ermənistan Qərbdən KTMT-ni əvəz etməsini İSTƏDİ
Ararat Mirzoyanın Avropa Parlamentinin deputatları ilə qapalı görüşünün təfərrüatları məlum olub.
KONKRET.az xəbər verir ki, Avropa Parlamentinin deputatları ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 23-25-də Brüsselə səfəri zamanı keçirilən görüşün qapalı hissəsində Ermənistan tərəfi deputatların müxtəlif suallarını cavablandırıb.
Estoniyadan olan deputat Marina Kalyurand Ermənistanın KTMT-dən çıxmasının perspektivləri ilə bağlı sual verib. Kalyurandın (qızlıq soyadı Raevskayadır) Rusiya tərəfi ilə əlaqəsi olduğunu nəzərə alsaq, Ermənistan XİN rəhbərinə Kreml üçün bu qədər həssas sualı məhz onun verməsi kifayət qədər simptomatikdir.
Lakin Ermənistan xarici işlər nazirinin verdiyi cavab hamı üçün gözlənilməz olub. Həm zalda olan Avropa Parlamentinin deputatları, həm Kalyurand, həm də onun Kreml kuratorları səmimi cavabdan təəccüblənib.
Belə ki, Mirzoyan "hər şeyin mümkündür" deyərək, Ermənistanın öz təhlükəsizliyində boşluğa tab gətirə bilməyəcəyini qeyd edib.
Daha sonra Ermənistan XİN rəhbəri vurğulayıb ki, İrəvan Ermənistanın KTMT-dən çıxması ilə bağlı istənilən müzakirələrə hazırdır. Bununla da Qərbdən alternativ təhlükəsizlik təminatları alınarsa, Rusiya təhlükəsizlik çətirinin dəyişdirilməsinin mümkün olduğunu açıq şəkildə ifadə edib.
Fikrini yekunlaşdıran Mirzoyan bildirib ki, Aİ-nin monitorinq missiyası "artıq insanların həyatını xilas etməyə kömək edib".
Mirzoyanın bu açıqlaması aydın siqnal kimi qəbul edilə bilər: belə davam edin, missiyanı və onun mandatını genişləndirin və biz mütləq KTMT-dən çıxacağıq.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür