"Təcili olaraq Avropanı yenidən silahlandırmalıyıq" - Layendən HƏYƏCAN TƏBİLİ
Ukraynanın təhlükəsizlik zəmanətinı ehtiyacı var
Avropa Komissiyasının ( AK) prezidenti Ursula von der Leyen London Sammitindəki müzakirələri "yaxşı və səmimi" adlandırıb.
KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, AK prezidenti Ukraynanın "hərtərəfli təhlükəsizlik zəmanətlərinə" ehtiyacı olduğunu deyib.
Avropanı yenidən silahlandırmaq çağırışı
"Təcili olaraq Avropanı yenidən silahlandırmaq məcburiyyətindəyik" deyən von der Leyen bildirib ki, Avropa Komissiyası martın 6-da Avropa Şurasında bununla bağlı plan təklif edəcək.
"Həqiqətən də birlikdə addım atmalıyıq.Hazırda uzun müddət ərzində müdafiə investisiyalarının artırılması çox vacibdir. Bu, Avropa Birliyinin təhlükəsizliyi üçündür və bizə yaşadığımız geostrateji mühitdə ən pisə hazırlaşmaq, və buna görə də müdafiəni gücləndirmək lazımdır" deyə, AK prezidenti bildirir.

Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir
Bir aylıq 'qardaş' qaralama kampaniyası
Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Canlı yayımda uşaqların saçını kəsib satırlar: Qanun buna nə deyir?
Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki