TƏCİLİ! Paşinyanın korteji QƏZAYA DÜŞDÜ - Yaralanan var
Ermənistanın baş naziri Nikol Paşinyanın korteji Sünik bölgəsindən İrəvana qayıdarkən yol qəzası baş verib. Hadisə Armaş kəndi ərazisində qeydə alınıb. Bildirilir ki, qəza zamanı vətəndaş Yuriy Şahnazaryana məxsus avtomobil zərər çəkib.
KONKRET.az-ın Musavat.com-a istinadən məlumatına görə, Paşinyan özü İrəvana helikopterlə qayıdıb. Lakin onu müşayiət edən avtomobil korteji ehtimal ki, yüksək sürətlə hərəkət edib və bu, qəzanın baş verməsinə səbəb olub.
Hadisə ilə bağlı Ermənistan Daxili İşlər Nazirliyinə müraciət edildikdə, qurumdan bildirilib ki, qəza iştirakçısı olan patrul avtomobilinin baş nazirin korteji ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, hadisənin şahidləri həmin vaxt ərazidən Paşinyanın kortejinin keçdiyini təsdiqləyiblər. Nazirlik əlavə araşdırma aparıldığını və yaxın zamanda rəsmi açıqlama veriləcəyini bildirib.
Qəza ilə bağlı yeni təfərrüatlar da ortaya çıxıb. Baş nazirin mətbuat katibi yayılan məlumatları təkzib etsə də, Armaş kənd sakinlərindən biri yerli mətbuata bildirib ki, Paşinyanın korteji keçərkən hərəkət müvəqqəti dayandırılıb. Kortej keçdikdən dərhal sonra avtomobillər arasında toqquşma baş verib.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var
Prezident qızları bir arada - Foto
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Uitkoff Sankt-Peterburqa gəldi