TƏCİLİ! Ukrayna KÜTLƏVİ HÜCUMA keçdi - Hava limanları bağlandı
Rusiyanın Leninqrad vilayətində cümə axşamı axşam saatlarında gün ərzində artıq üçüncü dəfə hava həyəcanı elan edilib. Bu barədə regionun qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Vilayət rəhbərliyi pilotsuz uçuş aparatlarının (PUA) hücum təhlükəsi ilə əlaqədar mobil internetin sürətinin yenidən azaldıla biləcəyi barədə əhaliyə xəbərdarlıq edib.
KONKRET.azxəbər verir ki, regionda gərginlik gecə saatlarından başlayıb. İlk hava həyəcanı gecə yarısından qısa müddət sonra elan olunub və Bakı vaxtı ilə saat 05:00-a qədər davam edib. Günorta saatlarında, Bakı vaxtı ilə 15:36-da növbəti həyəcan siqnalı verilib və bu vəziyyət təxminən üç saat sürüb. Səhər saatlarında vilayət hakimiyyəti 21 PUA-nın məhv edildiyi barədə hesabat versə də, günorta saatlarında vurulan dronlar haqqında rəsmi məlumat daxil olmayıb. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və mülki infrastrukturun qorunması üçün zəruri addımlar atılır. Hava limanlarının da bağlanıldığı qeyd edilib.
Natiq Səlim,
KONKRET.az

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
Su bidonuna düşən 7 yaşlı uşaq öldü