Təcrübəsiz işə qəbul? - "Rabitəbank"da bu mümkündür!

Təcrübəsiz işə qəbul? - "Rabitəbank"da bu mümkündür!Ölkənin aparıcı banklarından biri olan "Rabitəbank" ASC təkcə müştərilərinə deyil, 800-ə yaxın əməkdaşına da daim "Rahat bankçılıq" təcrübəsini yaşatmaqdadır.
Universiteti yeni bitirmiş gənc kadrların iş tapmaq cəhdləri çox zaman iş təcrübələrinin olmaması səbəbi ilə uğursuz olur. "Rabitəbank" isə iş müsahibələrində tez-tez eşidilən bu stereotipi qıraraq işə qəbul prosesində təkcə ali təhsili uğurla bitirməyi prioritet götürür.
Yenicə yekunlaşmış "SME və Mikro yetişdirmə layihəsi" sayəsində "Rabitəbank Təlim Akademiyası"nın təcrübə proqramına uğurla qəbul olmuş 12 gənc kredit mütəxəssisi ölkənin ən müasir banklarından biri olan "Rabitəbank"da karyera imkanlarına yiyələndilər. Belə ki, proqramın seçim mərhələlərini müvəffəqiyyətlə addımlayan namizədlər Bankda təcrübəçi kimi deyil, birbaşa əmək müqaviləsi ilə rəsmi işçi kimi qeydiyyata alındılar. Bununla da "Rabitəbank"da əməkdaşlar sözün əsl mənasında 3 aylıq təcrübə mərhələsini yarım ştat olaraq rəsmi işçi kimi uğurla başa vurduqdan sonra dərhal tam ştata keçiriləcəklər. Təcrübəsiz gənc kadrlara iş imkanları təqdim edilməklə yanaşı Bankda karyera pillələrini zirvəyə doğru addımlamaq da mümkündür. "Rabitəbank"ın Təlim və İnkişaf Şöbəsinin rəhbəri Günel Həsənlinin verdiyi məlumata görə "Rabitəbank"da potensial namizədlərin bacarıqlarının üzə çıxarılması və mütəxəssis kimi yetişdirilməsi daim əsas missiya kimi dəyərləndirilir. "SME və Mikro yetişdirmə layihəsi" bu illik yekunlaşsa da, yenidən planlaşdırıldığı da doğrudur. Əlavə olaraq, "Rabitəbank"da təkcə kredit mütəxəssisi deyil, həmçinin İT, Əməliyyat və digər departamentlərdə iş imkanları təqdim edəcək mütəxəssis yetişdirmə layihələri də nəzərdə tutulub.
"Rabitəbank"da çalışmaq və uğurlu karyera təcrübəsinə yiyələnmək arzusunda olanlar yeniliklərdən xəbərdar olmaq üçün "LinkedIn" platformasında "Rabitabank Careers" səhifəsini izləyə və ya Bankın rəsmi www.rabitabank.com saytında məlumatlar əldə edə bilərlər.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 26 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir. /news.milli.az

İqtisadiyyat       Tarix: 27 sentyabr 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ərazilərdə pensiyalar ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.  . Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. . Bildirilib ki, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini

Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub

Azərbaycan və Dünya Bankı (WB) arasında dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsini müzakirə edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolan

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəy

Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı

Qırmızı Ürəklər Fondunun 8 Noyabr – Zəfər Günü münasibətilə həyata keçirdiyi "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşıb. xəbər verir ki, aksiya çərçivəsində ümumilikdə 300 aztəminatlı qazi ailəsinə ərzaq paketlər

"Kontakt"da ilin ən böyük endirimləri başladı

"Kontakt"da ilin ən böyük endirim kampaniyası noyabrın 13-də başlayır. Noyabrın 29-dək davam edəcək "Böyük Cümə"də sevdiyiniz məhsulları nağd alışda 70%-dək endirimlə əldə edə bilərsiniz. Paltaryuyanınız

Azərbaycanda dərmanlar ucuzlaşacaq

Azərbaycanda dərman vasitələrinin Tarif (Qiymət) Şurasının müəyyən etdiyi maksimal qiymətdən daha aşağı qiymətə satılması zamanı vergitutma məqsədilə bazar qiymətinin müəyyənləşdirilməsi qaydalarının dəyişdirilməsi təkli

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə


son xeberler yeni xeberler azerbaycan xeberleri qurban bayrami 2026 kriminal axsam.az xeberler ən son xəbərlər