Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilərSüni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafiq qulluq və bərpa prosedurları sayəsində əksər hallarda saçların vəziyyətini normaya salmaq mümkündür.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" nəşrinə tibb elmləri doktoru, həkim-trixoloq Yuliya Qallyamova məlumat verib.
Mütəxəssis qeyd edib ki, normal halda insan gün ərzində 50-100 tel saç itirir. Qaynaq zamanı isə qopan saçlar başdan tam ayrılmır, kapsulların və ya digər bərkidici vasitələrin içərisində toplanır. Konstruksiya çıxarıldığı zaman həmin tüklər birdən tökülərək saçların kəskin şəkildə azalması illüziyasını yaradır.
Bununla belə, bəzi hallarda qaynaq, doğrudan da, müəyyən fəsadlara yol aça bilər. Əlavə edilən saçlar çox ağır olduqda, bərkidicilər davamlı gərilmə yaratdıqda və ya korreksiya vaxtında aparılmadıqda follikullara əlavə yük düşür. Nəticədə mexaniki təsirdən qaynaqlanan traksion alopesiya – saç tökülməsi meydana gələ bilər.
Həkimin sözlərinə görə, travma yaradan səbəb erkən mərhələdə aradan qaldırılarsa, saçların inkişafı yenidən bərpa oluna bilər. Amma uzunmüddətli gərilmə follikulları daha ciddi zədələyir ki, bu da bərkidilmə nahiyələrində saçların nazikləşməsi və seyrəlməsi ilə nəticələnir.
Qaynaq söküldükdən sonra saçların keyfiyyətinin pisləşməsinin digər səbəbi onların qırılması ola bilər. Belə olan halda follikul deyil, tükün gövdəsi zədələnir: insan saç uzunluğunu itirsə də, onun böyümə potensialı yerində qalır. Qallyamova vurğulayıb ki, bu cür zədələnmələrdə follikul canlı olduğu üçün söhbət alopesiyadan yox, sadəcə kosmetik qüsurdan gedir.
Qallyamova hər hansı müalicəvi vasitədən istifadə etməzdən öncə trixoloq müayinəsindən keçməyi və trixoskopiya etdirməyi məsləhət görür. Göstərişlər olduğu təqdirdə həkim saç artımını stimullaşdıran üsullar, o cümlədən PRP-terapiya və mezoterapiya təyin edə bilər. Düzgün qidalanma da mühüm amildir: mütəxəssis bildirir ki, saçlar zülaldan təşkil olunduğu üçün kəskin pəhrizlər onların vəziyyətinə mənfi təsir edir.
Tökülmə zamanı orqanizmdə ferritin səviyyəsinə də xüsusi diqqət yetirmək lazımdır. Qaynaqdan azad olduqdan sonra saçlara dincəlmək üçün vaxt verilməlidir: saçları çox sıx yığmaqdan çəkinmək, daha yumşaq qulluq vasitələri seçmək və baş dərisinə dırnaqlarla təzyiq etmədən yalnız barmaq ucları ilə masaj etmək faydalıdır.
Qallyamovanın sözlərinə görə, yeni saçların ilkin artım əlamətlərini iki-üç ay sonra görmək mümkündür, tam bərpa prosesi isə təxminən üç-dörd ay davam edir. Təkrar zədələnmələrdən qorunmaq üçün mütəxəssis süni saçları üç aydan artıq istifadə etməməyi və onları sökdükdən sonra təbii saçlara mütləq istirahət verməyi tövsiyə edir.

Sağlamlıq       Tarix: 14 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az son xeberler son xəbər son xeberler azerbaycan xeber.az bu gun