Təngəaltı və Dağ Quşçu kəndlərində yanğın tam söndürüldü - FHN
Quba rayonunun Təngəaltı kəndi yaxınlığında meşəətrafı ərazidə baş verən yanğın görülmüş operativ tədbirlər sayəsində qısa vaxtda yaxınlıqdakı meşə massivinə keçməsinin qarşısı alınaraq tam söndürülüb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Soyutma işləri tamamlanmış meşəətrafı sahədə təxminən 1 hektar ərazidə quru ot və kol-kos yanıb.
Bundan başqa, Siyəzən rayonunun Dağ Quşçu kəndi yaxınlığında geniş ərazidə baş vermiş yanğın da günün ikinci yarısında tam söndürülüb. Burada isə yanğın təxminən 40 hektar ərazini əhatə edib.
Qeyd edək ki, isti və küləkli hava şəraiti ilə müşahidə edilən mürəkkəb dağlıq relyefdə baş verən yanğınlarla mübarizə tədbirlərində FHN-in müvafiq qüvvələri, Aviasiya dəstəsinə məxsus "BE 200 ÇS" amfibiya təyyarəsi və 3 ədəd helikopter, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanlarının əməkdaşları və yerli sakinlər iştirak ediblər.

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR