Tərtərdə törədilmiş qətlin TƏFƏRRÜATI: Mübahisə avtomobil satışına görə başlayıb
Ötən gün Tərtərdə törədilən qətlin səbəbi və əlavə təfərrüat məlum olub.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Nabil Aslanov həmkəndlisi, 1995-ci təvəllüdlü Səfixan Nağıyevin satışa çıxardığı "Niva" markalı avtomobili bir ay sonra pulunu ödəmək şərti ilə almaq istədiyini bildirib. S.Nağıyev isə avtomaşını nisyə satacağı halda pulunu ala bilməyəcəyini əsas gətirərək etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və N.Aslanov S.Nağıyevə bıçaqla xəsarət yetirib.
Həbs edilən N.Aslanov iki ay əvvəl azadlığa çıxıb.
Onlar aralarında yaranmış mübahisəyə son qoymaq məqsədilə rayon ərazisindəki kafelərdən birində görüşüblər. Bu zaman S.Nağıyev keçmiş mübahisəni əsas gətirərək N.Aslanova çoxsaylı bıçaq zərbələri vurub.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Polis hadisəni törətməkdə şübhəli bilinən S.Nağıyevi saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?