Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...

Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...İraqın şimalındakı Gara bölgəsində Türkiyə ordusunun həyata keçirdiyi xüsusi əməliyyatın gedişində sağ ələ keçirilən PKK terrorçuları dindirmə zamanı təşkilatın xarici dəstəyi haqda önəmli məlumatları çatdırıb.
Bu haqda "Yeni Şafak" qəzeti yazır.
Türkiyə ordusu bu günlərdə Gara bölgəsinə havadan və qurudan həmlə edib, orada PKK terrorçularının düşərgələri, silah-sursat anbarları məhv edilib, onlarla terrorçu zərərsizləşdirilib. Əməliyyatın gedişində PKK mağaralardan birində 6 ilə yaxındır girov saxlanılan 13 Türkiyə vətəndaşını güllələyib öldürüb. Türkiyə xüsusi təyinatlıları bir neçə terrorçunu sağ ələ keçirə biliblər.
Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...Təslim olan terrorçulardan Ş.M. dindirmə zamanı deyib: "Türkiyə silahlı qüvvələri İraqın şimalında əməliyyat həyata keçirməzdən əvvəl iki ölkə (Rusiya və ABŞ) vurulacaq nöqtələri 30 dəqiqə əvvəldən təşkilata xəbər verirdi". Həmin terrorçu təşkilatın Fransa, ABŞ və Suriya kəşfiyyatı ilə əlaqələri olduğunu deyib. Bildirib ki, ABŞ PKK-ya buldozerlər, ekskovatorlar, yük maşınları və zirehli maşınlar verir. Fransa isə pilotsuz təyyarələrlə havadan əldə etdiyi görüntü və koordinatları təşkilata ötürür.
Digər terrorçu D.M. isə deyib ki, ABŞ PKK liderlərini qorumaq üçün birbaşa öz hərbi personalını ayırıb. Məsələn, "Bahoz Erdal" ləqəbli PKK liderinin cangüdənlərindən 8-i Amerika əsgəri olub. "Sofi Nurettin" kod adlı terrorçu isə bir müddət ABŞ ordusunun İraqın şimalındakı düşərgəsində qalıb.
Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...Bahoz Erdal
2020-ci ilin son aylarında Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olan İ.Ç. adlı terrorçu isə deyib ki, hətta Liviyada hakimiyyəti ələ keçirmək istəyən qyiyamçı feldmarşal Həlifə Haftar da Türkiyəyə qarşı PKK-dan istifadə etməyə çalışır. Belə ki, Haftar öz adamını PKK ilə təmaslar üçün Suriyaya göndərib və terror təşkilatından dəstək istəyib. Həmin terrorçu deyiib ki, Haftarın PKK-dan dəstək istədiyini təşkilatın liderlərindən Fehman Hüseyn ötən il Şeddade bölgəsində keçirdiui toplantıda təsdiqləyib. "Haftar ordusu YPG-dən (PKK-nın Suriya qolu) dəstək istəyir" deyib.
İ.Ç. Ermənistana dəstək üçün Qarabağa əlavə PKK qüvvələrinin göndərildiyini də təsdiq edib, bunu terror təşkilatın az qala bütün üzvlərinin bildiyini deyib.
Təslim olan PKK-çıdan SENSASİON Qarabağ ETİRAFLARI: Ermənilərə kömək üçün...Qeyd edək ki, ötən il Qarabağda hərbi əməliyyatların başlanması ərəfəsində Ermənistanın Qarabağa İraq və Suriyadan PKK terrorçularını daşıyıb gətirdiyi haqda kifayət qədər mötəbər məlumatlar, o cümlədən xarici mənbələrdən məlumatlar yayılmışdı. Söhbət bir neçə min PKK terrorçusundan gedirdi. Qarabağda daha əvvəl də PKK-nın düşərgələrinin olduğu məlum idi. Müharibənin başa çatmasından az sonra PKK-nın qadın dəstələrinin komandiri də təşkilata yaxın mediaya müsahibəsində Qarabağa ermənilərə kömək üçün dəstələr göndərdiklərini təsdiq etmişdi. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 22 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Pentaqon rəhbəri koronavirusa yoluxdu

ABŞ Müdafiə naziri Lloyd Ostin koronavirusa yoluxub. xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında yerləşdirilmiş bəyanatda deyilir. Qeyd olunur ki, nazir məzuniyyətdə olarkən özündə koronavirusun əlamətlərini his

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber 2026 son xəbər en son xeberler bu gun cəbhədən görüntüleri