Texasda qorxulu tapıntılar: Sakinlər təlaşda
ABŞ-nin Texas ştatının Hyuston şəhərində son aylarda baş verən müəmmalı hadisələr yerli sakinlər arasında təşviş yaradıb. Belə ki, ilin əvvəlindən təkcə bir su hövzəsindən 16 meyit çıxarılıb. Ölənlərdən ən gənci 20, ən yaşlısı isə 60 yaşında olub.
KONKRET.az xəbər verir ki, bu hadisələr şəhər sakinləri arasında ciddi narahatlıq doğurub – bir çox sakin Hyustonda seriyalı qatilin dolaşdığını düşünür.
Məlumata görə, təkcə son beş gün ərzində çayda beş cəsəd tapılıb.
"Bu, sadəcə təsadüf ola bilərmi? Çətin. Hər bir hadisənin, o cümlədən qurbanların yoxa çıxmasından əvvəlki 48 saat ərzində baş verənlərin ciddi araşdırılması tamamilə əsaslıdır", – deyə hüquq-mühafizə orqanlarından bildirilib.
Hyustonun meri Con Uitmayr isə ictimaiyyəti sakitliyə çağırıb və şəhərdə seriyalı qatilin olduğuna dair heç bir sübutun tapılmadığını vurğulayıb. Onun sözlərinə görə, tapılan meyitlərin çoxu ehtimal ki, evsiz şəxslərə məxsusdur.
"Bədbəxtlik ondadır ki, evsiz insanlar vəfat etdikdə çox vaxt bataqlıqlarda və ya su hövzələrində tapılırlar", – deyə Uitmayr əlavə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq