"Texniki baxış məsələsini birdəfəlik ləğv etmək lazımdır" - AÇIQLAMA

"Kənd Təsərrüfatı Nazirliyi yerlərdə olan texnika və mexanizmlərin texniki baxışdan keçirilməsi üçün yenidən hərəkətə keçib. Nəzərə alaq ki, ölkə də orta hesabla 200 min civarında kənd təsərrüfatı maşınları var. Lakin Kənd Təsərrüfatı Nazirliyi  hər il ən yaxşı halda 60-70 min maşının texniki baxışdan keçirildiyini deyir. Təxminən 1500 maşın sahibinin də texniki-baxışdan keçmədiyinə görə cərimələdiklərini bildirirlər. Vəssalam. Bununla iş bitir. Bu da onu göstərir ki, texniki-baxış formal xarakter daşıyır".
Bunu KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
O bildirib ki, texniki-baxış məsələsi sovetlər vaxtından qalmış bir ənənədir:
"Bir çox ölkələr, o cümlədən Gürcüstan bu texnika-baxış məsələsini birdəfəlik ləğv edib. Çünki bunun heç bir texniki və iqtisadi səmərəsi yoxdur.  Amma bizdə bu ənənə hələ də qalmaqdadır. Guya bəzi dövlət qurumları maşın-mexanizminin hər zaman saz vəziyyətdə olmasına nəzarət edir. Bu isə praktik cəhətdən mümkün deyil. Çünki Gədəbəydəki, Lerikdəki və yaxud Qubadakı hansısa ucqar dağ kəndindəki traktorun 50-60 kilometr yol qət edib rayon mərkəzinə gətirilərək texniki baxışdan keçirilməsi praktik cəhətdən mümkün deyil. Birincisi ona görə ki, 50-60 kilometr yol qət etməsi üçün həmin traktora ən azı 50-60 manat xərc çəkilməlidir. Digər tərəfdən, tırtıllı texnikaların asfalt yolların üzərində hərəkəti qadağan edilib. Ona görə də Nazirliyin texniki-baxış söhbəti formaldır. Sadəcə bu yolla traktor sahibindən müəyyən miqdarda vəsait alınır, sonra da ona bir möhürlü kağız verilir ki, traktorun "saz vəziyyətdədir".
Akif Nəsirli bir məsələni də qeyd edib ki, sovetlər vaxtı texniki baxış keçirən qurumun da, texniki baxışdan keçməyən sürücünün məsuliyyəti var idi:
"Amma indi yalnız bir tərəf-maşın sahibi məsuliyyət daşıyır. Amma Sovet vaxtı belə idi ki, texniki-baxışdan keçən maşın qəza törətdikdə ona texniki sazlıq haqqında arayış verən qurumdan da hesab sorulurdu. Deyirlərdi ki, nə cür baxış keçirmisən ki, maşın gedib belə qəza törədib. Bir daha deyirəm ki, texniki-baxış formal bir şeydir. Və onun ləğv edilməsi çoxdan çatıb".
Natiq Səlim,
KONKRET.az

Sosial       Tarix: 19 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler bugun en yeni xeberler cəbhədən görüntüleri son xeber az