Teymur Rəcəbov bu turnirdə Məmmədyarovun qalib gəlməsinə imkan vermədi
Norveçin Stavanger şəhərində Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun iştirakı ilə Norveç şahmat turniri başa çatıb.
KONKRET.az xəbər verir ki, 37 yaşlı qrossmeyster sonuncu, 9-cu yarış günündə həmyerlisi Teymur Rəcəbovu məğlub edə bilməyib.
Turnirdə dünya çempionu Maqnus Karlsen, Arjan Tari (hər ikisi Norveç), Uesli So (ABŞ), Aniş Giri (Hollandiya), Vişvanatan Anand (Hindistan), Maksim Vaşyer-Laqrav (Fransa), Vanq Hao (Çin) və Veselin Topalov (Bolqarıstan) iştirak ediblər.
Finalda, IX turda Azərbaycan şahmatçıları üz-üzə gəlib. Oyun heç-heçə başa çatıb və "Armageddon"da T.Rəcəbov qara fiqurlarla oynayıb. Heç-heçəyə baxmayaraq, görüşdə ona qələbə verilib.
Beləliklə, Məmmədyarov ikinci, Rəcəbov isə doqquzuncu olub.
Turnir cədvəli: M. Karlsen – 16,5 xal; Ş.Məmmədyarov – 15,5; V. Anand – 14,5; M.Vaşyer-Laqrav – 14; U.So – 12,5; A.Giri – 12; V. Topalov, A. Tari – hər biri 9,5; T. Rəcəbov – 8; Vanq Hao – 7,5.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 2,5 milyon Norveç kronu (451 000 manat) təşkil edib.
Roman Göytürk,
KONKRET.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi