Təyyarənin şassisində meyit tapıldı
Böyük Britaniyanın Qatvik hava limanında Qambiyadan gələn təyyarənin şassisində kişi meyiti tapılıb.
KONKRET.azxəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Sasseks polisindən bildirilib ki, dekabrın 7-də Qambiyanın paytaxtı Banjuldan qalxaraq Londonun Qatvik hava limanına enən təyyarənin şassisində kişi cəsədi aşkarlanıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qambiya hökumətinin sözçüsü həyatını itirən şəxsin naməlum qaradərili kişi olduğu barədə məlumat paylaşıb.
İqbal Rzayev,
KONKRET.az