Tezis çox sadədir: "Ağıllı ol və yaşa, əks halda beləcə məhv olacaqsan" – Qriqoryana SİLLƏ KİMİ CAVAB

Tezis çox sadədir: "Təəssüf ki, Birləşmiş Ştatlar Rus və Ukrayna xalqlarını parçalamaq cəhdlərində uğur qazandı".
Bu barədə Rusiya prezidenti Vladimir Putin deyib. Putinin bu fikirləri Ermənistanda birmənalı qarşılanmayıb. Belə ki, Rus və Ukrayna xalqlarının bərabərliyindən, etnik oxşarlığından danışan Putinə ermənilər yenidən "hücum" ediblər. Haykanuşlar bu dəfə özlərini Rusiya ilə qardaş xalq gördüklərindən Vladimir Vladimiroviçə sual ünvanlayıblar:
"Putin nə üçün "Artsax" xalqının Ermənistana birləşmək istəyini dəstəkləmədi? Məntiqsiz sual olduğu ilk baxışdan sezilir.
Əslində "Artsax" erməniləri və Ermənistan erməniləri deyə bir termin yoxdur. Necə deyərlər erməni elə ermənidir. "Artsax" adlandırılan ərazi vahidi isə Qarabağdır və əzəli Azərbaycan torpağıdır. Əgər Qarabağdakı ermənilər Ermənistanın bir parçası olmaq istəyirsə, o zaman rahatca Azərbaycan ərazisini tərk edə və İrəvana köçə bilər. Əks halda Azərbaycan vətəndaşlığına qəbul oluna, Qarabağda digər azərbaycanlılar kimi rahat yaşaya və dövlətimizin suveren hüquqlarından yararlana bilərlər. Hər şey bu qədər bəsitdir.
Amma görün erməni müəllif Qalust Qriqoryan öz məqaləsində hansı fikirləri səsləndirir:
"Artsax" xalqı da Ermənistanın bir parçası olmaq istəyirdi. Və bu işdə tarixi müttəfiqindən (Rusiya –red) dəstək gözləyirdi. Amma Rusiya Dövlət Duması heç vaxt "Artsax"ın müstəqilliyini tanımayıb. Və Rusiya qoşunları heç vaxt köməyimizə gəlməyib. Putin bu müharibənin "Azərbaycan ərazisində getdiyini" deməklə özünü kənara çəkib. Bu, qorxaqlıq və xəyanətdir".
Öncə qeyd etmək lazımdır ki, Qarabağdakı ermənilərin Ermənistanın bir hissəsi olmasına heç kim əngəl yaratmır. Bizə öz torpağımızda erməni lazım deyil. Yuxarıda qeyd etdiyim kimi, istədikləri zaman rədd olub İrəvana gedə bilərlər. Hərçənd İrəvan da tarixi Azərbaycan torpağıdır. Amma bu, başqa mövzunun müzakirəsidir. İkincisi, regiondakı yeni reallıqları yaxşı anlayan və ermənilərin xəyanətkar millət olduğunu dərk edən Putinin İrəvana dəstək verməməsi anlaşılandır. Marionetka kimi qucaqdan-qucağa atılan Ermənistana hansı müttəfiq güvənə və onu müdafiə edə bilər? Odur ki, ermənilərin Rusiyanı nədəsə ittiham etməyə mənəvi haqqı çatmır və müəllif Qalust Qriqoryan bunu çox gözəl anlayır. Sadəcə olaraq pafosu ilə ona tapşırılan işi görür.
Erməni müəllif daha sonra Azərbaycanı günahlandırır, bizi Laçın dəhlizini bağlamaqda ittiham edir və yenə də Rusiyanı xəyanətkar adlandırır. Gönü qalın ermənilər anlamır ki, Laçın dəhlizi də Azərbaycan ərazisidir. İstədiyi vaxt bağlaya, istədiyi zaman aça bilər. Bu, daha çox Qarabağdakı ermənilərin davranışından asılıdır. Tezis çox sadədir:
"Ağıllı ol və yaşa, əks halda beləcə məhv olacaqsan". Amma Laçın dəhlizi məsələsində Qriqoryan "sülhməramlıları" ittiham etməkdə haqlıdır. Çünki bu problemi yaradan məhz məramı sülh olmayanlardır. Onların erməni dəyirmanına su tökdüyü isə heç kimə sirr deyil. Odur ki, həm həm Ermənistan, həm Rusiya, həm də Qarabağdakı separatçılar və "sülhməramlılar" bir məsələni dərk etməlidir. "Qarabağ Azərbaycandır və nida işarəsi".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 23 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbər valyuta mezennesi iqtisadiyyat xeberleri bugun son.xabar