"The National Interest": Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır

ABŞ-ın "The National Interest" jurnalında Baltimor Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin icraçı direktoru İvan Saşa Şixanın Ermənistan rəhbərliyi və 2020-ci ilin payızında darmadağın olan erməni silahlı birləşmələri tərəfindən davam etdirilən təxribat xarakterli hərəkətlər barədə "Sərhəddə gərginlik Ermənistan üçün təhlükəli strategiyadır" sərlövhəli məqaləsi dərc olunub.
Publika.az xəbər verir ki, məqalədə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan atəşkəs barədə Birgə Bəyanatın imzalanmasından cəmi 8 ay sonra iki qonşu dövlətlər arasında münasibətlərdə gərginliyin yenidən artdığı bildirilib. Qeyd olunub ki, dövlət sərhədində atəş səsləri davam edir.
Müəllif qeyd edir ki, ötən ilin iyulunda Ermənistanın təxribatçı əməlləri dövlət sərhədində silahlı toqquşmalara gətirib çıxardı. Nəticədə qısa müddət sonra genişmiqyaslı müharibə başladı. Məhz buna görə mövcud gərginliyi azaltmaq üçün yalnız sülhə mənasız çağırışlar etmək kifayət deyil, bu, dünya liderləri tərəfindən təcili diqqət tələb edir.
Ekspert yazır ki, regional gərginliyin azaldılmasının yeganə yolu Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsidir. Ermənistanla Azərbaycan arasında artan qarşıdurma demarkasiyanın Qafqaz bölgəsi üçün niyə bu qədər mühüm olduğunu göstərir.
Müəllif vurğulayır ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı Qarabağın azad edilməsi ilə barışmalı olacaq. Bu, baş nazir Nikol Paşinyanın hərəkətlərindən asılıdır. Paşinyan sələflərindən daha az millətçi olsa da, liberal deyil. Paşinyan müharibənin yenidən başlanmasının Ermənistan üçün dağıdıcı olacağının fərqindədir. Çünki Azərbaycan ötənilki müharibədə öz hərbi gücünü qətiyyətlə nümayiş etdirdi.
Beynəlxalq səviyyədə tanınmış sərhəd boyunca davam edən təxribatların böyük gərginliyə səbəb olduğunu bildirən müəllif diqqətə çatdırır ki, bu, Paşinyana Qarabağ məsələsini gündəmdə saxlamağa, erməni xalqını öz ətrafında toplayaraq ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmağa kömək edir. Paşinyan bilir ki, qış yaxınlaşdıqca Ermənistanda COVID-19-un yayılmasının və münaqişənin səbəb olduğu iqtisadi problemlər daha çox nəzərə çarpacaq. Buna görə də N.Paşinyan diqqəti yayındırmağa çalışır.
Müəllif hesab edir ki, indi fürsətdən istifadə edərək Azərbaycanla sülhü bərqərar etmək vaxtıdır. Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq və sərhədlərin demarkasiyası siyasətini yürütsə, bu, onun üçün faydalı olacaq.

Dünya       Tarix: 12 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

ABŞ-ı qorxuya salan Rusiyanın ƏN TƏHLÜKƏLİ 5 SİLAHI

ABŞ-ın "19FortyFive" portalının şərhçisi Brent İstvud Rusiyanın 5 ən təhlükəli silahının siyahısını hazırlayıb. -a istinadla xəbər verir ki, siyahının ilk pilləsində "Poseydon" pilotsuz sualtı qayığı ye

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

SON DƏQİQƏ: Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Almatı və Manqistau vilayətində fövqəladə vəziyyət elan edilib. "Sputnik Qazaxıstan"a istinadla xəbər verir ki, bununla bağlı ölkə başçısı Kasım-Jomart Tokayev sərəncam imzalayıb. Sərəncama əsasən, yanvarın 5-

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən yeni xəbərlər kriminal xeber son xeberler bugun 2026 azerbaycan cəbhədən son durum