Tiflisin mərkəzində GÜCLÜ PARTLAYIŞ: 1 ölü, 3 yaralı (YENİLƏNDİ)
Ötən gün paytaxt Tbilisidə Filarmoniya binası yaxınlığında baş verən partlayışla bağlı DİN açıqlama yayıb.
Publika.az xəbər verir ki, açıqlamaya əsasən nazirlik sözügedən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 240-cı maddəsinin 2-ci hissəsinə əsasən istintaq başladıb.
Məlumata görə, "Deja Vu" klubundakı baş verən partlayışa səbəb, klubda aparılan təmir işləri zamanı oksigen balonunun partlaması olub.
Partlayış nəticəsində 3 nəfər yaralanıb, bir nəfər aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Yaralılar təcili yardım qrupları tərəfindən xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları, yanğın-xilasetmə xidmətləri və təcili yardım həkimləri hadisə yerinə səfərbər olunublar.
Bütün hallar müəyyənləşdirilib və istintaq hərəkətləri davam etdirilir.
"Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin mədən, tikinti və ya digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulması və insan tələfatı ilə nəticələnən fakt üzrə cinayət işi açılıb", - deyə DİN-in məlumatında bildirilib.
***
17:36
Tiflisin mərkəzində güclü partlayış baş verib.
Publika.az xəbər verir ki, hadisə paytaxtın mərkəzində Böyük konsert zalı yaxınlığında müşahidə olunub.
İlkin məlumatlara əsasən, partlayış nəticəsində bir neçə nəfər yaralanıb, lakin onların dəqiq sayı hələ ki, açıqlanmır. Hadisənin baş vermə səbəbi məlum deyil. Əraziyə polis və yanğınsönürənlər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək