Tiktok' Azərbaycanda bağlana bilər? - AÇIQLAMA
Bütövlükdə Tiktok da daxil olmaqla, heç bir sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Bağlamaq məsələni həll etmir.
azxeber.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Tiktokun Azərbaycanda bağlanması ehtimalı haqda danışarkən deyib.
"Müvəqqəti olaraq hansısa platformanı bağlamaq insanların daxilində emosiaların daha sərt formada qalmasına gətirib çıxarır.
Biz daha çox sosial şəbəkənin mədəniləşməsi istiqamətində çalışmalıyıq. Çünki bu mədəniləşmə olmasa, prosesləri tənzimləmək də çətin olacaq.
Dünyada Tiktoku bizi kimi istifadə eləmirlər. Bizdə bu cür istifadə edirlərsə, deməli, problem özümüzlə bağlıdır. Bunlar maşın sürmək kimi bir şeydir.
Maşınla avtoşluq da edə bilərsən, normal da sürə bilərsən. Əgər kimsə avtoşluq edirsə, bu adamın öz xarakteri ilə bağlıdır.
Ona görə də sosial şəbəkələri bağlamaqla normallaşmasını gözləmək mümkünsüzdür", - deputat bildirib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR