"TikTok" istifadəçiləri Azərbaycanda yayın ritmini təyin edirlər: Mövsümün əsas musiqiləri - FOTO

"TikTok" istifadəçiləri Azərbaycanda yayın ritmini təyin edirlər: Mövsümün əsas musiqiləri - FOTO
"TikTok" videoplatforması bu yayın sevilən musiqiləri ilə bağlı yekun nəticələri təqdim edib. Azərbaycanda və dünyada istifadəçilərin bu mövsüm ən çox dinlədiyi, ən sevilən treklərin siyahısını açıqlayıb.
Musiqi "TikTok"da mühüm rol oynayır: istifadəçiləri yaradıcılıqlarını bölüşməyə ruhlandırır, bir çox trendin əsasını təşkil edir və platformanın atmosferinə pozitivlik qatır. "TikTok"da istedadlı musiqiçilər öz mahnılarını tanıdaraq dünyanın müxtəlif yerlərindən dinləyicilər qazana bilərlər və istənilən rəngarəng musiqi nümunəsi populyarlaşaraq milyonlarla insan tərəfindən sevilə bilər.
Bu yay platformanın istifadəçiləri enerjili rəqs ritmlərindən tutmuş lirik melodiyalara qədər müxtəlif musiqilər üçün videolar hazırlayıblar - bəziləri mövsümün əsl himnlərinə çevrilib. Yay hitlərindən istifadə edərək #SongSOfTheSummer həştəqi ilə yaradılmış videolar artıq beş milyarddan çox baxış sayı toplayaraq Azərbaycanda və dünyada milyonlarla musiqisevəri bir araya gətirib.
Bu gün platforma 2023-cü ilin yayında "TikTok" istifadəçilərinin qəlbini fəth edən ən yaxşı hitlərin və musiqiçilərin siyahısını açıqlayıb.
Azərbaycanda yay musiqiləri
Azərbaycanda istifadəçilər arasında ən çox sevilən bu yayın əsas mahnılarının reytinqinə həm beynəlxalq, həm də yerli musiqiçilərin mahnıları daxil edilib. Platforma istifadəçilərinin sevgisini qazanan altı azərbaycanlı musiqiçinin mahnıları bütün hit siyahısının yarıdan çoxunu əhatə edib.
"Pişman değilim" - Semicenk & Dogu Swag
Musiqiçi Semiçenk & Dogu Swag-ın mahnısı "TikTok"u fəth edib və bu musiqi ilə olan videolar milyonlarla baxış toplayıb. Türkiyəli sənətçinin bu əsəri bütün Azərbaycanda istifadəçilərin rəğbətini qazanıb – həm böyüklər, həm kiçiklərin iştirak etdiyi videolarla bu yayın xoşbəxt anlarını paylaşıblar.
"Maşallah" - Ravi Incigöz
Daha bir türkiyəli sənətçi Ravi İncigöz "Maşallah" adlı trekinin sevgi dolu sözləri və özünəməxsus cazibəsi ilə Azərbaycanda istifadəçilərin qəlbinə yol tapıb.
"Nu Paqadi" (Remix - Ayxan Dəniz) - Baləli
Ayxan Dənizin meyxanaçı Baləlinin "Nu Paqadi" mahnısını remiks ilə səsləndirməsi əsərə müasir üslubda yeni nəfəs verib və bu yayın trendlərinə damğa vurub.
"Nə isə" - Miro
Bu yay "TikTok"da hitə çevrilən digər mahnı musiqiçi Mironun "Nə isə" mahnısıdır. İstifadəçilər bu mahnı ilə ruhlandırıcı videolar çəkib, faydalı yay tövsiyələrini, yayda Bakının ab-havasını və ətrafdakı gözəllikləri paylaşıblar.
"Boş adamlar" - Ayaz Babayev
Ayaz Babayevin "Boş adamlar" mahnısı yay uzunu "TikTok" trendlərində lider mövqe tutub. Trek sayəsində platformada #boşadamlar həştəqi ilə rəqs çağırışları meydana gəlib və videolar altı milyona yaxın baxış toplayıb.
"Siraa" - Andre Soueid
Bu yay Azərbaycanda "TikTok"da ən məşhur olanlardan biri "Siraa" adlı musiqisi ilə liviyalı musiqiçi Andre Soueid olub.
"Şirin çağlar" (remix) - Habil Mammadov
Habil Məmmədovun "Şirin çağlar" musiqisinə olunan remiks mahnıya yeni bir nəfəs qazandırıb və "TikTok" istifadəçiləri arasında məşhurlaşmasına səbəb olub.
"Makeba" - Jain
Azərbaycanda istifadəçilər arasında sevimli yay trekləri siyahısına fransız sənətçisi Jainin məşhur Cənubi afrikalı müğənni və fəal Miriam Makebaya həsr etdiyi, platformada bir çox müsbət videolara ilham verən "Makeba" mahnısı da daxil edilib.
"Ay ürəyim" - Türkan Vəlizadə
Türkan Vəlizadənin "Ay ürəyim" adlı emosional mahnısı da mövsümün ən məşhur treklərindən birinə çevrilib və istifadəçiləri yay anlarını paylaşmağa ruhlandırıb.
"Onun xəstəsiyəm" - Röya
Bu yay Xalq artisti Röyanın ifa etdiyi "Onun xəstəsiyəm" mahnısı "TikTok" istifadəçiləri arasında favoritlərdən birinə çevrilməyi bacarıb. Bu dinamik musiqi altında istifadəçilər gözəl yerləri nümayiş etdirərək, səyahət estetikasını və digər canlı videoları paylaşıblar.
Bütün dünyanın "TikTok"da yay mahnıları
2023-cü ilin yayında dünyada videolar hazırlamağa ilhamlandıran və "TikTok" icmasının sevgisini qazanan platformanın populyar mahnılarının siyahısına aşağıdakılar daxildir:
1. If We Ever Broke Up - Mae Stephens
2. What It Is - Solo Version - Doechii 
3. girls like me dont cry (sped up) - thuy
4. Cupid – Twin Ver – Sped Up Version - FIFTY FIFTY
5. LALA - Myke Towers
6. Makeba - Jain 
7. มองนานๆ - FLI:P
8. Everyday - Ariana Grande, Future
9. Barbie Girl - Aqua
10. Endless Summer - Alan Walker & Zak Abel
Bu yay "TikTok" istifadəçiləri bir çox musiqini kəşf etdilər. Bu mövsümün əsas hitlərinin ritmləri platforma istifadəçilərini hələ uzun müddət yaradıcılıq üçün ruhlandıracaq və onlara isti yay xatirələrini əbədiləşdirməyə kömək edəcək.
/ oxu.az

Şou Biznes       Tarix: 29 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabarlar son.xeberler cəbhədən son xeber cəbhədən son məlumat