Tofiq Yaqublunun işi: Dövlətin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürü - ŞƏRH

Tofiq Yaqublunun işi: Dövlətin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürü - ŞƏRHTofiq Yaqublunun işi: Dövlətin humanizm prinsiplərinə əsaslanan siyasətinin əyani təzahürü - ŞƏRH
Nizami Rayon Məhkəməsinin Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə çıxardığı hökmdən verilən apellyasiya şikayəti təmin olunub.
Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.
Məhkəmə sənədlərinin tədqiqi və digər məsələlərlə bağlı proses sentyabrın 28-də keçiriləcək.
Bu barədə Tofiq Yaqublunun vəkili Aqil Layıc məlumat verib.
İşin mahiyyətinə gəldikdə, bu ilin martın 22-də Tofiq Yaqublunun idarə etdiyi avtomobil başqa bir maşınla toqquşub. İttihama görə, Tofiq Yaqublu "xuliqanlıq" kimi dəyərləndirilən hərəkətlərə yol verib.
Tofiq Yaqublu isə ittihamları qəbul etmirdi və hökm çıxarılmamışdan bir neçə gün qabaq aclıq aksiyası elan edib.
Deputatlardan Qüdrət Həsənquliyev, Etibar Əliyev, Fazil Mustafa Prezident İlham Əliyevə müraciət edərək Tofiq Yaqubluya əfv istəyiblər.
Həmçinin xalq artisti, Zeynəb Xanlarova, xalq yazıçıları Anar və Çingiz Abdullayev Tofiq Yaqubludan verilmiş hökmün dəyişdirilməsi ilə bağlı Prezidentə müraciət edib. 
Həbsdə olduğu müddətdə Tofiq Yaqublu İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib. Ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb.
Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Eyni zamanda, xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb.
Ümumiyyətlə Tofiq Yaqublu təcridxanada olduğu dövrdə qanunvericiliyə uyğun olaraq maddi-məişət şəraiti ilə təmin olunub, onun hüquqları məhdudlaşdırılmayıb, ailə üzvləri və vəkilləri ilə mütəmadi görüşüb və telefon vasitəsilə əlaqə saxlayıb.
Sentyabrın 12-də Tofiq Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün Adil Qeybullanın təklifi ilə "City Hospital"da müalicəsi müalicəsi davam etdirilib.
Adil Qeybulla bu qərarı humanist addım kimi qiymətləndirdi və yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin bu anti-insani davranışını qınadı: "Bəzi İnternet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. İstəyirlər ki, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, onlar da bundan istifadə etsinlər, Bu, açıq-aydın hiss olunur". 
Radikal müxalifətin və xaricdəki 5-ci kolonun T.Yaqublunun aclıq aksiyasını "qələbə" kimi yozması, bundan sui-istifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, əsas işi sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. Əsas məqsəd isə hətta insan həyatından şəxsi mənafelər üçün istifadə etməkdir. 
Bu sırada xüsusi təəccüb doğuran Tofiq Yaqublunun qızı Nigar Həzinin mövqeyidir. Atasına aclığı dayandırmaq, bununla da səhhətini daha da pisləşdirməmək kimi tövsiyələr verməli olan bir övlad əksinə atasını aclığı ölümü bahasına olsa belə davam etdirməyə çağırırdı. Sanki ona atadan daha çox, "həbsxanada ölmüş məhbus qızı" statusu vacib idi. Səbəb nə idi? "Həbsxanada ölmüş məhbus qızı" statusuna malik olan bir şəxs kimi daha rahatlıqla sığınacaqmı almaq? Ərinə daha "parlaq" siyasi karyera təmin etmək? Yoxsa əlində alət olduqları Əli Kərimlini kaprizlərini təmin etmək?
Məhkəmə Tofiq Yaqublunun sağlıq durumunda ciddi problem yaranmamasına yol verməmək üçün onun barəsində çıxarılmış qərarı dəyişdirdi. Bu Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.
Bununla belə Tofiq Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur. /oxu.az

Siyasi       Tarix: 19 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Sahibə Qafarova Bob Bləkmənlə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələ

Prezidentin maşınında selfi çəkdi - Foto

Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin avtomobilində selfi çəkib. xəbər verir ki, bununla bağlı görüntünü Peter Pelleqrini sosial şəbəkə hesabında paylaşıb. "Növbət

Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı

Ukraynalı məşhur jurnalist Dmitri Qordon Azərbaycan Prezidenti İlham Əliyevlə birgə fotosunu paylaşıb. . xəbər verir ki, foto IV Şuşa Qlobal Media forumunun kuluarlarında çəkilib. "Azərbaycan Prezidenti İlham Əliyevl

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

Sahibə Qafarova Pelleqrini ilə görüşüb - Foto

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 15-də ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb. xəbər verir ki, görüşdə ölkələrimizi birləşdirən dostluq münasibətlərindən və qarşılıqlı faydal

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığ

Tramp Əliyevin sözlərini paylaşdı - FOTO

ABŞ Prezidenti Donald Tramp "Truth Social" səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı çıxışına həsr olunmuş "Breitbart News" məqaləsinə keçid paylaşıb

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər 2026 axsam.az xeberler valyuta sonxabar