Tokio-2020: Azərbaycanın daha 3 idmançısı mübarizəyə başlayır
"Tokio-2020" Yay Olimpiya Oyunları davam edir. Olimpiadanın altıncı günündə - iyulun 28-də Azərbaycanın 3 idmançısı mübarizə aparacaq.
Publika.az xəbər verir ki, atletlərimiz idmanın 3 növündə güclərini sınayacaqlar.
Cüdo yarışlarının beşinci günüdə bir idmançımız tatamiyə çıxacaq. 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq cüdoçumuz Məhəmmədəli Mehdiyevin (90 kq) ilk rəqibi Rafael Maçedo (Braziliya) - İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi olacaq. Görüş Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.
Kişi badmintonçuların fərdi yarışında mübarizə aparacaq təmsilçimiz Edi Reski Dviçayo L qrupunda çıxış edir. Qrup mərhələsinin ikinci turunda badmintonçumuz Danimarka idmançısı Anders Antonsen ilə qarşılaşacaq. Qarşılaşma saat 15:00-da start götürəcək.
Boks yarışlarında təmsilçimiz Alfonso Dominqes (81 kq) ilk döyüşünü keçirəcək. Boksçumuzun səkkizdəbir final mərhələsində rəqibi özbəkistanlı Dilşod Ruzmetov olacaq. Döyüş saat 15:27-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası "Tokio-2020"də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu "Rio-2016"da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti