Tokio-2020: Çin liderliyini davam etdirir
"Tokio-2020" XXXII Yay Olimpiya Oyunlarının onuncu günündə 76 ölkənin idmançısı medal qazanıb.
Publika.az xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 24 qızıl, 14 gümüş və 13 bürünc medal qazanıblar.
İkinci pillədə 20 qızıl, 23 gümüş və 16 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 17 qızıl, 5 gümüş və 9 bürünc medalla Yaponiya idmançıları qərarlaşıblar.
Avstraliya 14 qızıl, 3 gümüş, 14 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 12 qızıl, 19 gümüş və 13 bürünc medalla beşincidir.
Digər pillələrdə Böyük Britaniya (10-10-12), Fransa (5-10-6), Koreya Respublikası (5-4-8), İtaliya (4-8-15) və Niderland (4-7-6) yer alıblar.
Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası "Tokio-2020"də iki bürünc medal qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska və boksçumuz Alfonso Dominges fərqlənməyi bacarıblar.
Xatırladaq ki, avqustun 8-dək davam edəcək "Tokio-2020" oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.
Xidmetler [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti