Tomas de Vaal: "Azərbaycanla Ermənistan arasında qısa müddətdə SÜLH MÜMKÜN DEYİL"
"Azərbaycanla Ermənistan arasında qısa müddətdə sülh mümkün deyil".
KONKRET.az xəbər verir ki, bunu britaniyalı jurnalist, Qafqazşünas Tomas de Vaal deyib.
Ekspertin fikrincə, Rusiya böyük ehtimalla Ermənistanın məcburi müttəfiqidir. Paşinyan daha geniş diapazonlu beynəlxalq münasibətlərə malik olmaq istəyir.
"Bu mənada o, Fransaya, Avropa ölkələrinə, ABŞ-a böyük ümidlər bəsləyir. Amma təbii ki, real vəziyyət başqadır. Ermənistanın və hazırda Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edən yeganə ölkə Rusiyadır", – ekspert deyib.
De Vaalın sözlərinə görə, BMT sülhməramlılarının Qarabağa gətirilməsi ideyası Qərbin ekspert birliyi tərəfindən geniş müzakirə olunur.
"Belə bir fikir var ki, Azərbaycan və Ermənistan arasında qısa müddətdə sülh mümkün deyil.
Hər kəs 2025-ci ildə Rusiya sülhməramlılarının missiyası başa çatana qədər sülhün əldə edilməyəcəyini düşünür. Ona görə də yeni münaqişənin baş verməməsi üçün Qarabağda sülhməramlı missiyanı davam etdirmək lazımdır.
Amma heç kim Rusiyadan razı deyil, xüsusən də Ukraynadakı müharibədən sonra. Həm Azərbaycanda, həm də Ermənistanda Rusiyaya inam çox aşağıdır.
Qarabağın özündə, hesab edirəm ki, son bir ayda baş verənlərdən sonra (ekoaktivistlər) ruslara inamın səviyyəsi azalır".
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür