Tonoyan: "Sensasion açıqlamalar verəcəyəm"
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyana qarşı başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb, iş yanvarda məhkəməyə gedəcək.
Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu günlərdə onun vəkilləri müstəntiqə cinayət təqibinin dayandırılması barədə vəsatət qaldırsalar da, təmin edilməyib.
Tonoyanın vəkilləri rədd cavabı ilə bağlı prokurorluğa müraciət edəcəklər.
Keçmiş nazir David Tonoyan isə vəkillərə bildirib ki, şikayət rədd edilərsə, o zaman danışmağın vaxtı gələcək və o, daha susmayacaq: "Danışsam, sensasion açıqlamalar verəcəyəm".
Xatırladaq ki, keçmiş nazir sursatların əldə edilməsi prosesində baş verən sui-istifadə halları, xüsusən keyfiyyətsiz, yararsız raketlərin alınması ilə bağlı ittiham edilir. Tonoyan milyonlarla dolların mənimsənilməsində günahlandırılır.
Tural Turan

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var