Top-5 liqalarda ən çox uğurlu futbolçular müəyyənləşdi
Avropanın Top-5 liqalarında (İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa çempionatlarında) 2023-cü ildə ən çox uğurlu driblinq edən futbolçular müəyyənləşib.
KONKRET.az "Report"a istinadən xəbər verir ki, siyahıya İngiltərənin "Mançester Siti" klubunun vingeri Ceremi Doku başçılıq edir.
21 yaşlı belçikalının ötən il ərzində 133 driblinq cəhdi uğurlu alınıb. O, ən yaxın izləyicisi olan Almaniyanın "Bavariya" klubunun üzvü Leroy Saneni (114) 19 driblinq qabaqlayıb. İlk "üçlüy"ü İspaniya təmsilçisi "Atletik"in oyunçusu Niko Uilyams (110) qapayıb.
İspaniya nəhəngi "Real"ın braziliyalıları Vinisius Junior (106) və Rodriqo (101) müvafiq olaraq 4-5-ci yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, ötən ilin yayında "Mançester Siti"yə Fransa "Renn"indən keçən Ceremi Doku cari mövsüm bütün turnirlərdə 12 oyun keçirib, 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi