Tovuz döyüşləri qələbəyə, zəfərə atılan bir addım oldu

Tovuz döyüşləri qələbəyə, zəfərə atılan bir addım olduƏsrlərdən bəri Azərbaycan xalqına qarşı qanlı qətllər törədən erməni caniləri Azərbaycanın torpaqları hesabına yerlərini genişləndirməyə nail olublar. Bununla kifayətlənməyərək məskunlaşdıqları Qarabağ və ətraf rayonlara da silahlı hücum edib, yerli əhaliyə qarşı cinayət əməlləri törədiblər. Xocalıda körpə uşaqları belə qətlə yetirərək, soyqırım törətməkdən də çəkinməyiblər.  
Ermənilər öz çirkin əməllərindən əl çəkməyərək, "Böyük Ermənistan" xülyası ilə havadarlarının köməyinə arxalanaraq, Azərbaycanın digər ərazilərində də durmadan təxribatlar törədiblər. Hər dəfə də Azərbaycan Ordusunun cavab atəşi ilə susdurulublar.
Erməni quldurları 2020-ci ilin iyul ayının 12-də, günorta saatlarında  Azərbaycana qarşı ərazi iddiasını davam etdirərək, Qarabağa qətiyyən aidiyyəti olmayan Tovuz rayonunun Ağdam, Vahidli, Dondar Quşçu, Yuxarı öysüzlü, Aşağı öysüzlü və Əlibəyli kəndlərini iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutublar. Kənd sakinlərindən ölən və yaralananlar olub.
Düşmənə qarşı cavab tədbiri görülməsi ilə bağlı komandanlıq tərəfindən bu istiqamətdə yerləşən bölmələrə dərhal əmr verilib. Görülən tədbirlər nəticəsində hücumun qarşısı alınıb. Düşmənin dayaq məntəqələri, artilleriya qurğuları, müxtəlif təyinatlı hərbi obyektlər, döyüş texnikaları, yüzlərlə canlı qüvvəsi məhv edilib.
Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov və başqaları qəhrəmancasına döyüşərək şəhid olublar.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: "Birinci dəfə deyil ki, dövlət sərhəddində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda mülki şəxslər həlak olmuşdur. Qəflətən bizim hərbi postumuz artilleriya atəşinə tutulub, bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb.
Erməni təxribatının isə qarşısı qətiyyətlə alınıb. Azərbaycan heç vaxt öz mövqeyindən qəti şəkildə uzaqlaşmayacaq".
İyul ayının 12-də ermənilər tərəfindən başlanan təxribatın qarşısı alınıb və cəmi beş gün davam edən döyüş  - iyulun 17-də Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. 
Bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu torpaqlarımıza qəflətən, gözlənilməz hücümunun qarşısını qətiyyətlə almağa qadirdir. Belə ki, cəmi beş gün ərzində ermənilərin mövqeləri darmadağın edildi. 
Azərbaycan ərazisindən bir qarış belə torpaq almağa nail olmayan erməni quldurları əks-hücuma tab gətirməyərək, yüzlərlə canlı itki verərək silahlarını atıb geri qaçmağa məcbur oldular. Özlərinin yaratdığı və eyni zamanda elə özlərinin də inandığı "Yenilməz erməni ordusu" barədə mif darmadağın oldu.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev: "Mən göstəriş verdim ki, hərbçilərimizin intiqamı alınmalıdır. Onların qanı yerdə qalmamalıdır və düşmənə elə bir zərbə endirilməlidir ki, onu uzun illər bundan sonra yaddan çıxartmasınlar.
Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr əminəm ki, onlara yaxşı dərs olub".
Tovuz döyüşləri eyni zamanda zəfərə, qələbəyə doğru atılan bir addım idi. Tovuz döyüşlərindən sonra demək olar ki, milyonlarla insan könüllü sürətdə cəbhəyə getmək üçün hərbi komissarlıqların qarşısına toplaşdı. Xalq prezidentin ətrafında sıx birləşərək dəmir yumruğa çevrildi. 27 sentyabrda başlanan vətən müharibəsində bu dəmir yumruq düşmənin başına endirildi. Azərbaycanın otuz ilə yaxın işğal altında qalan müqəddəs torpaqları azad edildi. Şəhidlərimizin qanı yerdə qalmadı.
Xalqımız 44 günlük haqq savaşında qalib gəldi, möhtəşəm zəfər çaldı. Vətənin bütövlüyü uğrunda gedən döyüşlərdə üç mindən artıq igid vətən övladı canından keçərək şəhidlik zirvəsinə ucaldı. Minlərlə insan sağlamlığını itirdi, qazi oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmri ilə ölümündən sonra şəhidlərimiz orden və medallarla təltif edildi. Bir sıra hərbi qulluqçuya Vətən Müharibəsi Qəhrəmanı adı verildi.
Hazırda şəhidlərimizin valideynləri, ailələri, vətənə əmanət etdiyi övladları Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Onlar bu gün öz doğmalarının canı, qanı bahasına azad etdiyi torpaqları qürurla ziyarət edirlər.
Düşməndən təmizlənmiş torpaqlarda bu gün abadlıq, quruculuq işləri gedir. Öz doğma yurdlarından didərgin düşmüş insanlar tədricən həsrətini çəkdiyi yerlərə qayıdırlar.
Lakin məğlubiyyətləri ilə barışmayan ermənilər öz bəd əməllərindən yenə də əl çəkmirlər. Kapitulyasiya aktının imzalanmasına və atəşkəsin elan olunmasına baxmayaraq, mövqelərimizi yenə də  atəşə tuturlar. Yenilməz, hazırlıqlı, peşəkar hərbçilərimiz, vətənpərvər, igid əsgərlərimiz vətən torpağını ayıq-sayıq qoruyurlar.
O da xüsusi şəkildə qeyd edilməlidir ki, ölkəmizdə vətən müharibəsində sağlamlığını itirmiş qazilərimiz də dövlət səviyyəsində daim diqqət mərkəzində saxlanılır. Xalqın böyük məhəbbətini, hörmətini qazanmış bütün qazilər xalqın qəhrəmanıdır. Onlara böyük hörmət və məhəbbət var. Lakin bir sıra qüvvələr daxildən təxribat törətməyə çalışırlar. Buna görə də hər kəs bu pravokasiyaların qarşısını almaq üçün çalışmalıdır.
Qazilərimizin aidiyyəti orqanlara müraciət etmələri üçün yol göstərilməli  və onların qarşılaşdıqları problemlərin həllinə lazımı köməklik edilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Qarabağ müharibəsi əlillərinin problemlərinin həlli üçün ardıcıl işlər aparılır. Növbəti bir neçə il ərzində növbədə dayanan hər bir ailə gözəl mənzillə təmin olunacaq, eyni zamanda minik maşınları da verilir.
Bütün sosial məsələlər də öz həllini tapmalıdır".
Şəhla Ağbulud
"Abşeron" qəzetinin baş redaktoru

Sosial       Tarix: 16 iyul 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq. Bakı şəhə

Mərdəkanda dənizdə batan 4 gəncin - FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Mərdəkan çimərliyində 4 nəfər dənizdə batıb. xəbər verir ki, dalğıc-xilasedicilər tərəfindən aparılan axtarışlar nəticəsində 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdl

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarınd

Müasir texnologiya istifadəyə verildi: Bakteriyalar bir neçə dəqiqəyə müəyyən ediləcək

TƏBİB tərəfindən vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığının artırılması və laborator diaqnostika imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqda davam edir. Bu məqsədlə Yeni Klinika v

Belə maşınları alanların yanacaq xərci 80 faiz azalır - Açıqlama

Elektrikli avtomobillərin sayının sürətlə artması dünyada nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu tendensiya təkcə ekoloji baxımdan deyil, həm də iqtisadi, texnoloji və sosial sahələrdə mühü

​Xəzər insanları "udur": batmamaq üçün nə etməli?

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrin

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Azərbaycanda iyunun 24-də bəzi yerlərdə havanın yağışlı keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən görüntülər son.xabar ən son xəbərlər bugün şou biznes xəbərləri