Tovuz rayonuda 'Aqroturizm və qonaqlama xidmətinin təşkili" mövzusunda təlim keçirilib
bp-nin maliyyə dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra edilən "Tovuz rayonunda icma əsaslı aqroturizmin inkişafına dəstək" layihəsi çərçivəsində Tovuz rayonunda təsərrüfat sahiblərinin maarifləndirilməsi məqsədilə "Aqroturizm və qonaqlama xidmətinin təşkili" mövzusunda təlim keçirilib.
azxeber.com xəbər verir ki, 18-20 avqust tarixlərini əhatə edən təlimdə aqroturizm və qonaqlama xidməti göstərəcək 10-dan çox təsərrüfat subyektlərinin nümayəndələri iştirak edib. İştirakçılar "Aqroturizm, kənd turizmi, icma əsaslı turizm anlayışları", "Aqroturizm fəaliyyətinin qurulması", "Turizmdə marketinq fəaliyyəti" və digər mövzularda ətraflı məlumatlandırılıblar.
Qeyd edək ki, layihə Tovuz rayonunda aqroturizmin inkişafı və onun turistlər üçün cəlbediciliyinin artırılması, beynəlxalq təcrübəyə uyğun nümunəvi aqroturizm və qonaqlama xidməti göstərən təsərrüfat subyektlərinin yaradılması, müvafiq sahədə çalışan xidmət personalının bilik və bacarıqlarının artırılması, həmçinin regionda məşğulluq imkanlarının genişləndirilməsi məqsədi daşıyır.










Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"