Tovuzda qalib müəyyənləşmədi
Misli Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.
KONKRET.az xəbər verir ki, "Turan Tovuz" öz meydanında "Səbail"i sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1.
Hesabı 29-cu dəqiqədə meydan sahibləri açıblar. Alexandro Serrano topu dəqiq zərbə ilə qapıdan keçirib. Tovuz təmsilçisi 43-cü dəqiqədə meydanda azlıqda qalıb. Müdafiəçi Kauan Martins sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə görüb. İlk hissə ev sahiblərinin minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Qonaqlar məğlubiyyətdən oyunun sonlarına yaxın xilas olublar. Madi Keta sağ cinahdan gələn hava ötürməsi zamanı topu baş zərbəsi ilə tora qovuşdurub və yekun hesabı müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını xallarını 36-ya çatdıran "Turan Tovuz" 3-cü pilləyə yüksəlib. "Səbail" isə 16 xalla sonuncu, yəni 10-cu pillədə qərarlaşıb.
Günün digər görüşündə "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. Matçın start fiti saat 18:30-da səslənəcək.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura fevralın 2-də "Zirə" – "Qarabağ" görüşü ilə yekun vurulacaq.
KONKRET.az

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
Əməkdar müəllim vəfat etdi
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Tanınmış həkim həbs olundu
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib