Toya gedən qonşusunun evinə girdi, qan töküldü
Bakıda oğurluğa cəhd hadisəsinin təfərrüatı məlum olub.
KONKRET.azLent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Mühafizə olunan evlərdən birindən oğurluğa cəhd edilməsi barədə polisə siqnal daxil olub. Məlumat əsasında Rayon Mühafizə Polis İdarəsinin əməkdaşları əraziyə yollanıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Hüseynzadə saxlanılıb.
Məlum olub ki, E.Hüseynzadə oğurluq etmək istədiyi ev sahibinin qonşusudur. Həmin gün də ev sahibi toyda olacaqmış. Bunu bilən E.Hüseynzadə əvvəldən qurduğu plan əsasında tamah məqsədilə qonşusunun evinə girib. Burada o, evdə işləyən usta ilə qarşılaşıb və əlbəyaxa olub. Yerdən götürdüyü küt alətlə ustanın əlini yaralayıb.
Polislərin gəldiyini görən E.Hüseynzadə dərhal öz evinə qaçaraq, zirzəmidə gizlənməyə çalışıb. Lakin o, saxlanılaraq, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır