Trampa korona ilə bağlı sənəd göndərildi: hava istiləşəndə...
Hava istiləşəndə koronavirus aradan qalxmayacaq.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Milli Elmlər Akademiyasının Ağ evə göndərdiyi məktubda bildirilir.
ABŞ Prezidenti Donald Trampın "havalar istiləşəndə koronavirus yox olacaq" iddialarını çürütmək məqsədilə təqdim edilən sənəddə qeyd olunub ki, pandemiyanın sosial məsafə və bənzər tədbirlərlə azalacağı, lakin Günəş və ya rütubətin buna təsir göstərəcəyi ilə bağlı tutarlı bilgi yoxdur.
CCN "International"ın dərc etdiyi sənəddə bu ifadələrə yer verilib: "Koronavirusun kəskin hərarət və rütubətə sahib şəraitlərdə daha az effektiv ola biləcəyinə dair bir neçə sübut var. Lakin bunu birbaşa havaların istiləşməsi ilə bağlı əlaqələndirə bilmərik. Bu yayılmanın qarşısını almaq üçün ölkələrin gördükləri tədbirlərin əhəmiyyəti böyükdür".
Vanderbilt Universiteti Tibb Mərkəzinin Yoluxucu xəstəliklər üzrə mütəxəssisi Uilyam Şaffner də məktubdakı ifadələri dəstəkləyib və hava şəraitinin dəyişməsinə etibar etməməyi tövsiyə edib.
Sözügedən məktub ABŞ Milli Səhiyyə İnstitutunun Yoluxucu Xəstəliklər Bürosunun rəhbəri və Ağ evin Kovid-19-la mübarizə Komitəsinin üzvü Entoni Fausiyə də göndərilib. O, virusun yayılmasının azalmasında hava şəraitinin rol oynaya biləcəyini məntiqsiz adlandırmayıb. Lakin buna güvənməyin doğru olmayacağını da vurğulayıb.
Zümrüd
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək