"Trampın əsas məqsədi müharibəni dayandırmaq deyil, o, savaşı bitirməklə buna nail olmaq istəyir" - İNANILMAZ SSENARİ

Lukaşekonun, "əgər Bayden yenidən prezident seçilsəydi, Üçüncü Dünya Müharibəsi başlayacaqdı" fikirləri birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Bəs görəsən, Lukaşenkonun bu açıqlamasında həqiqət payı varmı?
KONKRET.az-a açıqlamasında Belarus prezidentinin fikirlərini şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Üçüncü Dünya Müharibəsi onsuzda başlayıb:
"Dünyanın müxtəlif yerlərində öz maraqlarını təmin etməyə çalışan ayrı-ayrı güclər davamlı şəkildə bir-birlərinə qarşı mübarizə aparmaqla bu müharibəyə çoxdan start veriblər. Konkret Rusiya-Ukrayna savaşına gəldikdə isə, faktiki olaraq dünyanın bütün aparıcı gücləri bu savaşda iştirak edir. Bu baxımdan "Bayden hakimiyyətdə qalsaydı dünya müharibəsi başlayacaqdı" demək elə də düzgün təsbih deyil. Bayden hakimiyyətdə qalsaydı nüvə müharibəsi ola bilərdimi? Buna da konkret cavab vermək çətindir. Trampın hakimiyyətə gəlişinin proseslərə təsirinə gəldikdə isə biz görürük ki, ABŞ Prezidenti müharibələri dayandıracağı ilə bağlı verdiyi vədlərdə səmimi deyil. Rusiya ilə Ukrayna müharibəsini dayandırıb, Yaxın Şərqdə İsraili gücləndirərək yeni savaşlara rəvac vermək, Çin və İran üzərinə fokuslanıb yeni münaqişələrin anonsunu etmək, eləcə də tariff siyasəti ilə Kanada, Meksika, Çin, Aİ ölkələri ilə ticarət müharibəsinə başlamağı dünyanın xilası kimi təqdim etmək yanlışdır".
Ekspertin sözlərinə görə, indiki halda Trampın siyasəti heç kimin işinə yaramır:
"Tramp üçün əsas olan ABŞ-ın maraqlarıdır. Yəni indiki situasiya hər nə qədər Rusiyanın işinə yaramış kimi görünsə də, müharibənin dayandırılması, insan ölümünün qarşısının alınması Ukraynanın da işinə yarayır. Düzdür, ərazisinin 20 faizi işğal altında qalacaq bir ölkə üçün bu layiqli sülh olmasa da, amma ən azından insfrastrukturu bərpa etmək, toparlanmaq baxımından əhəmiyyətlidir. Tramp üçün isə əsas olan həm Rusiya, həm də Ukraynanın təbii ehtiyatlarına çıxış imkanı əldə etməkdir və görünən odur ki, ABŞ prezidenti buna da nail olacaq".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 05 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu cəbhədən görüntüleri en son xeberler zelzele