Trampın impiçmenti BAŞA ÇATDI - Sabah...
ABŞ Prezidenti Donald Trampın Senatda keçirilən impiçmenti başa çatıb.
Publika.az xəbər verir ki, yekun səsvermədən əvvəl son iclas keçirilib.
Yeni şahidlərin çağırılmayacağı bəlli olandan sonra iclasda prezidentin vəkillərindən biri Pat Çipollone Senatdakı ittihamların əsassız olduğunu bildirib: "Mövcud dəlillər işığında tək yolun prezidentin bəraəti olduğuna inanırıq".
Demokratların ittihamlarının hüquqi baxımdan etibarsız olduğunu deyən Çipollone buradakı əsl məqsədin 2020-ci il prezident seçkilərindən əvvəl Trampı yormaq olduğunu iddia edib.
Demokratlardan ibarət hakim vəkillərin rəhbəri olan Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri Adam Şiff isə tarixin Trampı bağışlamayacağını deyib: "Tarix Trampa nəzakətli davranmayacaq və bunu hamımız bilirik. Vəzifələrimizi tərk edəndə hamımız peşman oluruq".
Daha sonra çıxış edən senatorlar Trampın niyə günahkar və ya günahsız olduğunu əsaslandırıblar.
Qeyd edək ki, Donald Trampın Senatdakı impiçmentinin yekun səsverməsi çərşənbə günü yerli vaxtla saat 16:00-da (Bakı vaxtilə növbəti gün 01:00) olacaq.
Respublikaçıların üstünlük təşkil etdiyi Senatda Trampın günahkar çıxarılıb vəzifəsindən uzaqlaşdırılması üçün ən az 67 səs lazımdır. Mövcud mənzərəyə əsasən, bu səs toplanmayacaq və Tramp bəraət alacaq.
Xatırladaq ki, ABŞ-ın 45-ci prezidenti Ukraynaya prezident seçkilərindəki ən böyük rəqiblərindən biri olan Co Bayden və oğlunun bu ölkədəki keçmişinin araşdırılması üçün təzyiq göstərməkdə ittiham olunur.
Zümrüd /publika.az

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
"Qarabağ" İstanbul nəhəngi ilə qarşılaşa bilər
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Bakıda sürücü sükan arxasında öldü
Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Qızını qəzada itirən tanınmış vəkil valideynlərə çağırış etdi