Trampın nümayəndəsi Qrenlandiyaya gedib
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzrə xüsusi nümayəndəsi Ceff Lendri Nuuk şəhərinə gedib.
KONKRET.az-ınməlumata görə, bu barədə yerli media xəbər yayıb.
Luiziana qubernatoru vəzifəsini də icra edən Lendri əvvəllər Trampın Qrenlandiyanın ABŞ-nin nəzarətinə verilməsi təklifini dəstəkləmişdi. Bu mövqe, adanın satılmadığını dəfələrlə bildirən Qrenlandiya və Danimarka hakimiyyət orqanlarının sərt müqaviməti ilə qarşılaşdı.
Lendrinin 19-20 may tarixlərində keçiriləcək adanın gələciyi ilə bağlı biznes konfransda iştirak etməsi gözlənilir. Ona ABŞ-nin Danimarkadakı səfiri Kennet Houeri də qoşulacaq. Konfrans təşkilatçıları xüsusi nümayəndəyə şəxsi dəvət göndərmədiklərini, lakin tədbirin qeydiyyatının açıq olduğunu bildirib.
ABŞ-nin Kopenhagendəki səfirliyi əvvəllər Lendri və Houerin tərəflər arasında iqtisadi imkanlar, humanitar əlaqələr və qarşılıqlı anlaşmanın gücləndirilməsi məsələlərini müzakirə etmək üçün geniş Qrenlandiya nümayəndələri ilə görüşmək niyyətində olduqlarını açıqlamışdı.report.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?