Tural Gəncəliyev AŞPA-nın iclasında erməni təxribatından danışdı
Tural Gəncəliyev AŞPA-nın iclasında erməni təxribatından danışdı
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi işlər və demokratiya komitəsinin video-konfrans formatında iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda iştirak edən Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev öz çıxışında Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təcavüzkar siyasətini və cinayətkar fəaliyyətini hələ də davam etdirdiyini qeyd edərək, cari ilin 12 iyul tarixində Azərbaycanın Tovuz rayonu istiqamətində yeni təcavüz aktı həyata keçirdiyini, Azərbaycanın isə buna adekvat olaraq özünümüdafiə hüququndan istifadə edərək cavab verdiyini qeyd edib.
Ermənistanın bu hücumu nəticəsində sərhədboyu zonada mülki əhaliyə və infrastruktura dəymiş zərərə toxunan T.Gəncəliyev bütün bunların beynəlxalq humanitar hüququn kobud surətdə pozulması olduğunu vurğulayıb.
T.Gəncəliyev, həmçinin Ermənistanın öz işğal siyasətindən əl çəkmədiyini, yeni ərazilərimizə iddialı olduğunu, dövlət səviyyəsində ilhaq siyasətinin aparıldığını və bütün bunların Ermənistanın müdafiə naziri D.Tonoyanın "yeni ərazilər üçün yeni müharibə" doktrinasıyla bir daha öz təsdiqini tapdığını qeyd edib. Ermənistanın münaqişənin həllində maraqlı olmadığını, sülh danışıqlarını pozduğunu və beynəlxalq ictimaiyyətin nəzərində öz işğalçı əməllərini pərdələmək cəhdlərini ifşa edən millət vəkili münaqişə ilə bağlı BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların sənədlərinə hələ də əməl olunmadığını xatırladıb. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Masallıda kişi evində ölü tapıldı
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."