Tural Gəncəliyev İspaniya mətbuatında dərc edilən məqaləsində Ermənistanın təxribatlarından bəhs edib

Tural Gəncəliyev İspaniya mətbuatında dərc edilən məqaləsində Ermənistanın təxribatlarından bəhs edibTural Gəncəliyev İspaniya mətbuatında dərc edilən məqaləsində Ermənistanın təxribatlarından bəhs edib
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin İspaniya mətbuatında məqaləsi dərc edilib.
APA-nın məlumatına görə, məqalədə Ermənistan rəhbərliyinin həyata keçirdiyi işğalçılıq siyasəti, Azərbaycana qarşı törədilən hücumlar və digər mühüm məqamlar barəsində ispan oxuculara geniş məlumat verilib.
Məqalədə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində Ermənistan hərbi güc tətbiq edərək Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin beşdə birini işğal edib.
Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı evlərindən qovulub. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində bu işğal pislənib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilib.  
İcma rəhbəri nəzərə çatdırır ki, Ermənistan sözügedən qətnamələrə tamamilə etinasız yanaşır və faktiki olaraq cəzasız qalıb. Azərbaycan ərazilərinin işğalını ört-basdır etmək üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının "öz müqəddəratını təyinetmə" prinsipini əsas tutduğunu iddia edir və bu siyasi oyununa don geyindirmək üçün işğal olunmuş Azərbaycan ərazilərində qondarma rejim təşkil edib. 
Eyni zamanda son illərdə Ermənistan işğalın nəticələrini möhkəmləndirmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətini daha da intensivləşdirib. Ermənistan 1949-cu il Cenevrə konvensiyaları daxil olmaqla beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik tərkibi dəyişdirmək üçün orada qanunsuz məskunlaşdırma siyasəti həyata keçirir.
Məqalədə bildirilir ki, Ermənistan Suriyadan və Livandan etnik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirir, azərbaycanlılara məxsus mədəni və tarixi abidələri məqsədli şəkildə məhv edir, təbii sərvətləri istismar edir və işğal etdikləri torpaqların su ehtiyatlarından çayların aşağı axarlarında yaşayan azərbaycanlılara qarşı ekoloji terror vasitəsi kimi istifadə edir. Beynəlxalq ictimaiyyətin etinasız və qeyri-adekvat münasibətindən ruhlanan Ermənistan bu illər ərzində Azərbaycan ərazilərinin işğalını daha da genişləndirmək üçün çoxsaylı təxribatlara əl atıb. Qeyd olunub ki, ən son və genişmiqyaslı hərbi təxribat cəhdləri 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında törədilib. Ermənistan tərəfindən təxribat xarakterli bəyanatlar, Ermənistan siyasətçilərinin məsuliyyətsiz davranışları və Azərbaycanın işğal olunmuş ərazilərində, həmçinin dövlət sərhədində hücum silahlarının yerləşdirilməsi açıq şəkildə sübut edir ki, Azərbaycana qarşı növbəti hərbi hücum planı üzərində ciddi hazırlıqlar gedir.
 T.Gəncəliyev bildirib ki, Ermənistan Müdafiə naziri Azərbaycanı "yeni ərazilər üçün yeni müharibə" ilə hədələyir. Ermənistan Baş nazirinin xanımı Anna Hakobyan isə bu yaxınlarda Azərbaycanın işğal olunmuş ərazilərində erməni qadınları üçün hərbi təlim şousu təşkil edib:
"Ermənistanın "sülhsevər" Baş nazirinin hərbi forma geyinən "sülhsevər" arvadının başqa bir ölkənin ərazisində nə işi var? Ermənistan mövcud danışıqların formatını dəyişdirməyə çalışır və işğal faktını ört-basdır etmək və törədilən cinayətlərə görə məsuliyyətdən yayınmaq üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını Ermənistan və Azərbaycan arasındakı münaqişənin "tərəfi" kimi təqdim edir. Sözügedən cəhdlər ATƏT-in müvafiq sənədlərində təsbit edilən danışıqlar formatına tamamilə ziddir. Dəfələrlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasına dialoq təklif etdik. Ancaq təəssüf ki, təkliflərimiz həmişə rədd edilib. Bu, Ermənistanın danışıqlarda və sülhdə maraqlı olmadığını əyani sübut edir.
Ermənistanın məqsədi danışıqlar prosesini dayandırmaq və işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməkdir. Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalı və bir milyondan artıq məcburi köçkünün öz evlərinə qayıdışı təmin edilməlidir.
Münaqişə yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Biz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması, bölgənin erməni icması ilə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində birgə yaşamağa hazırıq". /oxu.az

Siyasi       Tarix: 12 sentyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər son.xabar xəbər hava proqnozu