Tural Gəncəliyevdən Araz çayı üzərində körpü tikintisinə MÜHÜM ŞƏRH

Tural Gəncəliyevdən Araz çayı üzərində körpü tikintisinə MÜHÜM ŞƏRH"Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ilə əlaqədar bildirmək istəyirəm ki, yuxarıda qeyd olunan hər iki su qovşaqları ilə bağlı məsələ İran və Azərbaycan arasında imzalanmış beynəlxalq sazişə əsasən ən yüksək səviyyədə tənzimlənir. Qeyd etdiyim sazişdə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü bir daha çox dəqiq şəkildə öz təsdiqini tapmışdır. Sənəddə su qovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının hər hansı üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsini qadağan edilmişdir. Bu isə o deməkdir ki, hər iki su qovşağından və su elektrik stansiyasından istifadə yalnız İran İslam Respublikasına və Azərbaycan Respublikasına məxsusdur".
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev bildirib.
Onun sözlərinı görə, hazırkı dövlət sərhəd xətti su qovşaqları su ilə doldurulduqda suyun səthində müəyyən ediləcək, nişanlanacaq və Azərbaycan-İran arasında dövlət sərhədini təşkil edəcək. Bu detallarla həmin sazişin mətnini internetdən taparaq hər bir şəxs tanış ola bilər: "Əgər daha öncəki dövrlərə nəzər salsaq görərik ki, 1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığı əsasında ekspert bu su qovşaqları ilə bağlı texniki vəziyyətin qənaətbəxş olmaması səbəbindən təkmilləşdirmə işlərinə dair layihələr işləyib, hazırlayıb. Lakin, təəssüflə qeyd edirik ki, Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan qoşunları tərəfindən işğalından sonra Azərbaycan Respublikası və İran İslam Respublikası arasında bu istiqamətdə əməkdaşlıq dayandırılıb. Sonrakı dövrlər ərzində "Xudafərin" və "Qız Qalası" su qovşaqlarının və su elektrik stansiyalarının tikintisi yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
2016-cı ilin fevralında isə Azərbaycan Respublikası və İran İslam Respublikası Hökumətləri arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" su qovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət bu sazişdə ən yüksək səviyyədə əks olunub.
Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 2016-cı ilin fevral ayında imzalanmış həmin Saziş Azərbaycan Respublikasının ərazi bütövlüyünü təsdiqləyir və İran – Azərbaycan əlaqələrinin hüquqi əsaslarını təşkil edən beynəlxalq sazişlərdən biridir. Əlbəttə ki, bu Azərbaycan Respublikasının maraqlarına tam cavab verir və dövlətimizin işğal olunmuş əraziləri üzərində suveren hüquqlarını və yurisdiksiyasını bir daha təsdiq edir".

Dünya       Tarix: 08 may 2020
f Paylaş

Oxşar xəbərlər

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Çində GÜCLÜ ZƏLZƏLƏ: xəsarət alanlar var

Çinin cənub-qərbindəki Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Çinin Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri Ninlan vilayətində, ocağı isə 10 km dərinlikdə yerləşib

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Azərbaycan ssenarisi Ukraynada... - Kortunov

ABŞ və digər NATO ölkələri Ukraynaya görə hərbi qarşıdurmaya girmək niyyətində deyil. -a istinadla xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının sədri Andrey Kortunov deyib. "Rusiya tərəfinin məqsədi Qər

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet


son xeberler yeni xeberler azerbaycan xeberleri bu gune olan xeberler ən son xeberler en sonxeber hava proqnozu