"Turan Tovuz"un məsələsi Milli Məclisin gündəminə daşındı: "Bir iş adamı..."
"Son günlər Azərbaycan futbolunda böyük rezonans doğuran hadisə baş verib. Bir iş adamı böyük vəsait sərf edərək "Turan Tovuz" klubuna dəstək göstərir, komandanın inkişafına töhfə verir və nəticədə klub ölkə çempionatında yüksək nəticə əldə edir. Lakin sonradan məlum olur ki, komanda əvvəlki dövrlərdən qalan müəyyən sanksiyalar səbəbindən Avropa turnirlərində iştirak edə bilməyəcək".
KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iyunun 5-də keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Fazil Mustafa deyib.
O vurğulayıb ki, mətbuatda yayılan məlumatlara görə, bu barədə əvvəlcədən kluba lazımi məlumat verilməyib:
"Bu cür hallar ciddi suallar doğurur. Çünki "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 2.1.8-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini həyata keçirən qeyri-dövlət qurumlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər də korrupsiya hüquqpozmasının subyekti hesab edilə bilərlər. Belə vəziyyətlərdə şəffaflıq və hesabatlılıq təmin olunmalıdır. Çünki bir iş adamı böyük maliyyə vəsaiti sərf edir, komandanın inkişafına dəstək verir, bölgədə idman həyatının canlanmasına töhfə verir. Əgər sonradan bu cür problemlərlə qarşılaşırsa, gələcəkdə başqa şəxslərin də idmana investisiya yatırmaq həvəsi azala bilər. Bu məsələlərə yalnız formal yanaşmaq olmaz. Məsələlərə sistemli şəkildə baxılmalıdır. İdmanda uğurun əldə olunması üçün peşəkar idarəetmə, şəffaflıq və məsuliyyət əsas şərtlərdir. Səlahiyyətli və peşəkar şəxslər iş başında olduqda yüksək nəticələr əldə etmək mümkündür".
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA