"TuranBank" nüfuzlu beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC uğurlu fəaliyyəti sayəsində beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir.
Belə ki, "TuranBank" və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) arasında kiçik və orta biznesin maliyyələşdirilməsini genişləndirmək məqsədilə yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu Banka 2 illik müddətə 6 milyon ABŞ dolları ekvivalentində Azərbaycan manatında kredit ayırıb.
"Qara Dəniz Ticarət və İnkişaf Bankı olaraq ölkədə kiçik və orta sahibkarlıq sektorunun dəstəklənməsi istiqamətində "TuranBank" ilə tərəfdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu saziş sahibkarlara inkişaf etmək, yenilik etmək və inklüziv iqtisadi inkişafa nail olmaq üçün lazım olan resurslara çıxış imkanı verəcək, eyni zamanda ölkədə, xüsusilə regionlarda dayanıqlı iqtisadi artımın təmin edilməsi və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Birgə səylərimizin gələcəkdə əhəmiyyətli nəticələr verəcəyinə əminik"- deyə QDTİB-in prezidenti Serhat Köksal bildirib.
"TuranBank" ilə Qara Dəniz Ticarət və İnkişaf arasında bağlanan bu müqavilə üzrə yerli valyutada cəlb edilən vəsait Bankın fəaliyyət strategiyasında əsas hədəf olan mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə yönəldilərək, ölkə ərazisində fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaq. Bu saziş beynəlxalq maliyyə institutlarının Bankımızın etibarlı tərəfdaş olaraq uzunmüddətli sabitliyi və davamlı inkişafına olan inamının daha bir mühüm göstəricisidir." - deyə "TuranBank" ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.
Məlumat üçün bildiririk ki, "TuranBank" 2011-ci ildən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirərək müxtəlif biznes sahələrinin maliyyələşdirməsini reallaşdırıb. Bank cəlb etdiyi bu vəsait hesabına Kiçik və Orta sahibkarlığın inkişafına dəstək göstərməkdə davam edəcək.
Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək məqsədilə 1999-cu ildə fəaliyyətə başlayıb. QDTİB üzv ölkələrdə dövlət və özəl sektorda layihələr və ticarətin maliyyələşdirilməsi məqsədi ilə kreditlər, kredit xətləri, səhmdar kapitalı və zəmanətlər verərək iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir. Bank regional əməkdaşlığın inkişafı prinsiplərini əsas tutaraq üzv ölkələrdə layihələrin maliyyələşdirilməsində və kapitalında iştirak edir.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə "TuranBank" daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuşdur. Bank Azərbaycanın maliyyə sektorunda stabilliyi və etibarlılığı ilə seçilən əsas iştirakçılardan biridir. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
"TuranBank"
Bizimlə etibarlıdır... / azxeber.com

İqtisadiyyat       Tarix: 28 fevral 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler az cəbhədən ən son xəbərlər azerbaycan son xeber bugun sonxeberler