Türk dünyası xəritəsinə Lavrovdan İKİLİ CAVAB
Düzünü desəm, soydaşlarla əlaqə saxlamaqda utancverici heç nə görmürəm. Bizim də soydaşlarımızın və həmvətənlərimizin belə bir sahəsi var. Biz də dünya xəritəsini müəyyən rənglərlə rəngləyə, ona fərqli bir ton verə bilərik. Birincisi bu, bütün postsovet məkanı ola bilər. SSRİ xalqlarını təmsil edən çoxlu sayda həmvətənimiz var - Almaniyada, digər Avropa ölkələrində, İsraildə, ABŞ-da, Latın Amerikasında, Argentinada...
Axar.az-a istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov MHP lideri Dövlət Baxçalının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdiyi türk dünyasının xəritəsində Rusiya ərazisinin göstərilməsi barədə suala cavabında deyib.
"Bizim türk ortaqlarımız əvvəlcə türk ölkələrinin əməkdaşlığını, indi isə təşkilatını yaratdılar. Biz buna çox yaxşı yanaşırıq. Əgər söhbət mədəni təşkilatçılıqdan, dil birliyinə dəstəkdən, humanitar yardımdan, təhsil əməkdaşlığından gedirsə, burda pis heç nə görmürəm. Biz də gərək bu istiqamətdə, humanitar yönümlü aktiv işlər görək. Amma söhbət bəzi təsdiq olunmamış, lakin danışılan hərbi birliklərin yaradılmasından gedirsə, bu, işlərin xeyrinə olmayacaq. Bu nə Türkiyənin, nə də təşkilata üzv olan türkdilli ölkələrin xeyrinə olacaq. Prezidentlər bu barədə zəngləşəcək. Mən də sabah Stokholmda keçiriləcək ATƏT-in sammitində həmkarım Mövlud Çavuşoğlu ilə bu sualları açıq şəkildə müzakirə edəcəm", - deyə rusiyalı diplomat bildirib.
S.Lavrov qeyd edib ki, dürüst şəkildə problemi bildirib aydınlıq gətirmək lazımdır:
"Maraq balanslarını qorumaq üçün müzakirə edib aydınlıq gətirməliyik". /publika.az
Xidmetler [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var