Türk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTO

Türk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTOTürk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəliblər.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Türkiyə-Azərbaycan İş Qadınları Platforması əməkdaşlığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli, 3096 nömrəli Sərəncamı ilə bu il Azərbaycanda elan edilən "Şuşa İli" çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xüsusi müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyi tərəfindən icra olunan "Qarabağ incilərinin Avropa sədası" layihəsi, 8 Noyabr Zəfər Günü, 9 Noyabr Bayraq Günü və Türk Ticarət və Sənaye Palatasının Qadın Sahibkarlar Komitəsinin 1-ci ildönümü münasibətilə həyata keçirilən bu tədbir türk dünyası iş adamları, dövlət işçiləri və mətbuat işçilərinin də iştirakıyla İstanbulda keçirilib.
Qarabağ müharibəsi şəhidləri adına bir dəqiqəlik sükut və Azərbaycan, Türkiyə himnlərinin səsləndirilməsindən sonra tədbir açılış nitqləri ilə davam edib.
Spikerlər - Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Türkiyə-Azərbaycan İş Qadınları Platformasının prezidenti Yeganə Quliyeva,
Azərbaycan və Türkiyə Vəkillər Kollegiyasının üzvü, Türk Ticarət və Sənaye Palatasının 1-ci Qadın Sahibkarlar Komitəsinin Azərbaycan Hüquq və İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri vəkil Aygün Əliyeva, Azərbaycanın millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdizadə, Qırğızıstanın İstanbuldakı baş konsulu Lira Sıdıkova, Qazaxıstan Ahi Bektaş Türk Dünyası başkanı Anara Baycanova, ASAM Avrasiya Strateji Araşdırmalar Mərkəzi başkanı Musa Çələbi - öz nitqlərində Azərbaycanı Qarabağ zəfəri münasibətilə təbrik etdilər, türk dünyası dövlətləri arasında ticarətin artırılması mövzusunda Qadın Sahibkarlığı Komitəsinin fəaliyyətlərini strateji baxımdan önəmli bir addım olaraq gördüklərini vurğulayıblar.
Daha sonra tədbir Azərbaycan rəqs şousu və azərbaycanlı sənətçi Səidə Quliyevanın musiqisilə davam edib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasında qarşılıqlı ticarət və investisiya əlaqələrinin inkişafına dəstək məqsədilə 2021-ci ilin noyabr ayında Türkiyə Ticarət və Sənaye Palatasının 1-ci Qadın Sahibkarlar Komitəsi yaradılıb və türkdilli ölkələrin hər birindən 10 nümayəndə iştirak edib. Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının (AQSİA) sədri Səkinə Babayeva komitənin sədri seçilib. Bir il ərzində türkdilli dövlətlərin qadın sahibkarları ilə müxtəlif təşkilatlarla əməkdaşlıqda mühüm addımlar atılıb.
Türk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTOTürk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTOTürk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTOTürk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTOTürk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTOTürk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTOTürk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTOTürk dünyasının qadın sahibkarları 8 Noyabr Azərbaycanın Zəfər Günündə İstanbulda bir araya gəldilər - FOTO/ azxeber.com

Sosial       Tarix: 12 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar en son xeberler cebheden xeberler xeber az