Türk F-16-ları yunan təyyarələrinə ŞOK YAŞATDI - ANBAAN VİDEO
Türkiyə F-16-ları ilə Yunanıstan Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin Egey dənizi üzərində üz-üzə gəlməsi ilə bağlı maraq doğuran video üzə çıxıb.
Axar.az-a istinadən xəbər verir ki, sözügedən videonu Yutub şəbəkəsindəki "Təşkilat TV" kanalı paylaşıb.
Videoda türk pilotların Yunanıstan hərbi təyyarələrinə Egey dənizi üzərində uçmağa imkan verməməsi, davamlı olaraq qovması və sonda yunan pilotların həmin hava məkanını tərk etməsi görünür.
Qeydə alınmış görüntülərdə türk pilotların yunan qırıcılarını daim hədəfdə saxladığı və bir atəşlə məhv edə biləcəyi aydın sezilir.
Yunanıstan Müdafiə naziri Nikos Panqiotopulos isə hadisəni başqa cür şərh etməyə çalışıb. O, Yunanıstan Hava Qüvvələrinə məxsus 38 ədəd F-16 və Miraj-2000 reaktiv təyyarələrinin Egey dənizi üzərində havaya qalxdığını iddia edib. Nazir yunan pilotlarların guya türk pilotlarına "dərs verməsi" haqda fikir səsləndirsə də, üzə çıxan bu video həqiqəti – türk pilotlarının müstəsna ustalığını, yunan qırıcıların qaçmasını gözlər önünə sərir.
Qeyd edək ki, türk pilotlar NATO qüvvələri içərisində xüsusi peşəkarlıqları və cəsarətləri ilə seçilirlər.
/publika.az
f Paylaş
Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək