Türk generaldan İrana sərt İSMARIC: "Ağlını başına yığ"

Türk generaldan İrana sərt İSMARIC: "İranın hərbi təlimlər ilə "güc nümayişi" göstərərək Bakı və Ankaranı qorxutmaq istəyi mümkün deyil".
KONKRET.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.
O bildirib ki, İran unutmasın ki, Azərbaycana gələcək ən cüzi bir zərər Türkiyəyə edilmiş sayılır:
"İranın Azərbaycan və Türkiyə ilə sərhəddə "güc nümayişi", onların fərqli diplomatiya yürütdükləri deməkdir. İranın bu fəaliyyəti nə onun keçmiş günahlarını təmizləyər, nə də Türkiyə və Azərbaycanı qorxudar.
Təəssüf ki, 1988-ci ildən 1992-ci ilə qədər müharibə müddətində, müharibədən sonra 28 il, 28 ildən sonra da 44 günlük müharibə ilə Zəfərdən sonra ötən zaman kəsiyində də İran nə ağıldan yana, nə hüquqdan yana, nə əxlaqdan yana münasibət ortaya qoymadı və yanlış tərəfi seçdi.
Amma eyni zamanda məsələ orasındadır ki, bunu 28 il idi ki, etiraf edə də bilmirdilər. Fəqət bir neçə gündür artıq etiraf etdilər ki, "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir!". Beləcə, hər kəs tərəfini seçdi.
Türkiyə sülh, sabitlik, inteqrasiya, dünya əhəmiyyətli iri layihələrə töhfə vermək üçün Zəngilanda olarkən, İran da getdi Ermənistanda (Qərbi Zəngəzurda – Qafan) boş bir binada konsulluq açdılar. Tehranın bu addımı, Azərbaycana qarşı təhdidvari açıqlamaları, xüsusilə də xalqın həssas məsələlərindən biri olan din, məzhəb kimi amillərdən istifadə etməyə çalışmaları boş bir cəhddir.
Çünki Azərbaycan dövləti, xalqı İranın bu cür iyrənc oyunlarını çoxdan geridə qoyub. İranın bu etdikləri nə İslama, nə şiəyə, nə də xoş niyyətli bir qonşuya yaraşmayan davranışdır. Türkiyə və Azərbaycanın İranın ərazi bütövlüyü ilə bağlı bir narahatlığı yoxdur. Biz Türkiyə və Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərkən, suverenliyini düşünərkən, yeni sülh statusu ilə sabitlik yolunda öncə bunun bölgə dövlətlərinə xeyirini və hər bir ölkənin sabitliyində pay sahibi olması istiqamətində çalışırıq.
İranın bu anlaşılmaz reaksiyaları – müharibə zamanı olan reaksiyası və müharibədən sonrakı hərəkətləri ağıla gəlməyəcək, xəyal edilməyəcək bir məsələdir. İran bir də bu etdiklərinin arxasında dayanacaq gücə sahib deyil. Çünki İran indi üç-dörd cəbhədə – Yəmən, Suriya, İraqda fəaliyyət göstərir, eyni zamanda daxili təhlükəsizlik məsələsi böyük təhlükə qarşısındadır və meydana çıxan hadisələrin qarşısını almaq qabiliyyətinə də sahib deyillər.
İranın bu etdikləri səhv addımdır. Biz İranı son dəfə ağlını başına yığmağı, yanlış qərarlar qəbul etməməyi, həqiqi dostunun kim olduğunu bir daha düşünməyi, beynəlxalq hüququn normalarından kənara çıxmamağı tövsiyə edirik. Əgər Tehran Türkiyə və Azərbaycana qarşı bu cür neqativ, hədə-qorxu davranışlarını bir də praktiki olaraq həyata keçirmək niyyətinə düşərsə, – mən İranın elə bir addım atacağını ehtimal etmirəm, bu, sadəcə güc nümayişidir, – qarşılığında lazımı cavabı da alar.
Çünki Şuşa Bəyannaməsi ilə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik daha üst səviyyəyə çatdı. Azərbaycana gələcək ən cüzi bir zərər artıq Türkiyəyə edilmiş sayılır. İran hesabını buna görə götür-qoy etsin, addımını buna görə atsın.
İslamdan, şiəlikdən danışan İran niyə 28 illik işğal zamanı İslamı, müsəlmanları, şiəliyi, dini abidələrin təhqir edən, içərisində heyvan saxlayan, onları dağıdıb-uçuran, bir milyona yaxın müsəlmanı qaçqınçılıq yaşamağa məcbur qoyan və Xocalıda müsəlmanlara soyqırım törədən Ermənistana o illər boyunca hər hansı bir reaksiya vermədi?
Ona görə də İran-Azərbaycan sərhəddinin təxminən 130-140 km-i ermənilər tərəfindən işğal edilərkən səsini çıxarmayan rəsmi Tehranın bu gün boşboğazlıq etməsi əhəmiyyətsiz bir fəaliyyətdir. O səbəbdən də deyirik ki, İran, ağlını başına al! Doğrunu aşkar et, haqlıdan, hüquqdan yana davranışına yenidən göz gəzdir".

Siyasi       Tarix: 24 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il


yeni xeberler azerbaycan xeberleri son xeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən xəbər ən son xəbərlər bugün dunyada son xeberler